
Qusarda 10-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO - VİDEO
Qusar rayonunda güclü yağışlar və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.
Qusar rayonunda güclü yağışlar və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, aramsız yağan leysan nəticəsində Qusar-Həzrə yolunun Yasab kəndi ərazisindən keçən hissəsində yol tamamilə çöküb. Yasab və Piral kəndlərində yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsində ciddi çətinliklər yaradıb. 10-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumların əraziyə cəlb olunduğu qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda yol çökdü - AYNA-nın maşını həmin çuxura düşdü - FOTO
Azadlıq prospektində yol çöküb və AYNA-nın maşını həmin çuxura düşüb.
HadisəSabunçuda dəm qazı daha bir can aldı
Dəm qazı daha bir can alıb.
HadisəQida borusunda yemək qalan qadın öldü
Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.
HadisəSamuxda 46 yaşlı qadını maşın vurdu
Samux rayonunda 46 yaşlı qadını avtomobil vurub.