Son dəqiqə
ABŞ narkotik qaçaqmalçılarının katerini vurdu: Üç nəfər öldü - VİDEOŞamaxıda 39 yaşlı kişi dəm qazından boğulub öldü69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Azərbaycana ekstradisiya edildiAzərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDIPapua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak olduBakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. "Rabitəbank"ın problemli kreditləri 8 faizə yaxın artıb
"Rabitəbank"ın problemli kreditləri 8 faizə yaxın artıb
İqtisadiyyat

"Rabitəbank"ın problemli kreditləri 8 faizə yaxın artıb

Bu gün
17:20
0 baxış
Paylaş:

"Rabitəbank" ASC bu ilin I rübünü 5.096 milyon manat mənfəətlə başa vurub.

"Rabitəbank" ASC bu ilin I rübünü 5.096 milyon manat mənfəətlə başa vurub.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.4% çoxdur.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 49.393 milyon manat (1 il əvvələ nisbətən 21.5% çox), xərcləri 42.998 milyon manat (256% çox), xüsusi ehtiyatlara ayırmaları 1.3 milyon manat (26% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 395.269 milyon manat olub ki, bu da illik müqayisədə 16.4% çoxdur. Bunun 921.978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8.6% böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 7.8% artaraq 35.495 milyon manata çatıb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 17.6% artaraq 1 milyard 258.757 milyon manata, o cümlədən depozit portfeli 21.2% artaraq 836.293 milyon manata, balans kapitalı isə 6.8% artaraq 136.512 milyon manata çatıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.3 milyon manatdır. Bankın səhmlərinin 38.6%-i Rauf Əliyevə, 34.64%-i Validə Abbasovaya, 13.51%-i Zakir Nuriyevə, 9.11%-i isə Dilarə Nuriyevaya, 4.14%-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Rabitəbank#Rabitəbank_mənfəət#maliyyə_göstəriciləri#birinci_rüb_hesabatı#bank_sektoru#bank_aktivləri#kredit_portfeli#bank_gəlirləri#Azərbaycan_bankları#iqtisadiyyat.

Oxşar Xəbərlər

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDIİqtisadiyyat

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

Bu gün
09:420
Azərbaycan ötən il Çexiyanın ən böyük neft tədarükçüsü olubİqtisadiyyat

Azərbaycan ötən il Çexiyanın ən böyük neft tədarükçüsü olub

Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyanın ən böyük neft tədarükçüsü olub.

Bu gün
23:122
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunubİqtisadiyyat

"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub

15 aprel 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəfin, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.

Bu gün
19:060
"Sea Breeze Resort"a 55 hektar əlavə torpaq sahələri ayrıldı - BAŞ NAZİRDƏN QƏRARİqtisadiyyat

"Sea Breeze Resort"a 55 hektar əlavə torpaq sahələri ayrıldı - BAŞ NAZİRDƏN QƏRAR

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edilib.

Bu gün
17:580