
"Real Madrid" azarkeşləri Kilian Mbappeyə qarşı 40 milyon imza toplanıb
"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.
"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.
Gundem.today ESPN nəşrinə istinadən xəbər verir ki, azarkeşlərin başlatdığı onlayn petisiya artıq 40 milyondan çox imza toplayıb.
Xatırladaq ki, 27 yaşlı fransız futbolçu 2024-cü ildə azad agent statusu ilə PSJ-dən "Real"a keçid edib. Ulduz oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı isə onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə Mbappe bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda rəqib qapılarından 41 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə onun hesabında Madrid klubunun forması ilə çıxdığı 100 oyunda 85 qol və 11 məhsuldar ötürmə var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"də Kilian Mbappeyə qarşı 40 milyon imza toplanıb
"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.
İdman"Çelsi"nin ulduzu Kol Palmer digər İngiltərə nəhənginə keçmək istəyir
"Çelsi" klubunun ulduz yarımmüdafiəçisi Kol Palmer karyerasını "Mançester Yunayted"də davam etdirmək ehtimalını nəzərdən keçirməyə hazırdır.
İdmanKriştianu Ronaldu tarix yazmaqda davam edir
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 33-cü turu çərçivəsində "Əş-Şəbab"a qarşı keçirilən və 4:2 hesabı ilə yekunlaşan matçda növbəti dəfə fərqlənib. O, görüşün 75-ci dəqiqəsində Sadio Manenin məhsuldar ötürməsini qola çevirərək komandasının qələbəsinə öz töhfəsini verib.
İdmanDünya çempionatına 34 gün qaldı: ALMANİYA - "Bundestim" - VİDEO
Almaniya milli komandası futbol dünyasının ən uğurlu və köklü komandalarından biridir. Kanada, Meksika və Amerika Birləşmiş Ştatlarının ortaq ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı Almaniya milli komandasının ardıcıl 19-cu, ümumilikdə isə 21-ci turniri olacaq.