
Reper Kanye Uest məhkəməyə verildi
Amerikalı reper Kanye Uest Hollivudun "Chateau Marmont" hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.
Amerikalı reper Kanye Uest Hollivudun "Chateau Marmont" hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.
Gundem.today bildirir ki, bu barədə TMZ portalı məhkəmə sənədlərinə istinadən xəbər verir.
"Kanye bir il əvvəl baş vermiş insidentlə bağlı döymə və emosional zərər vurma maddələri ilə məhkəməyə verilib. Zərərçəkmişin bildirdiyinə görə, həmin vaxt Kanye Los-Ancelesin məşhur hotelində onu yumruqla vurub. Kişi, həmçinin iddiada qeyd edir ki, Kanye onu öz şirkətindəki qadına qarşı təhqiramiz və nalayiq davranışda yalan yerə ittiham edib və bu yalanı podkastda təkrar edib", - deyə nəşrdə bildirilir.
İddiaçı adının açıqlanmamasını istəyib. Onun ifadəsinə görə, reper onun masasına yaxınlaşıb və xəbərdarlıq etmədən üzünə yumruq zərbəsi endirib, nəticədə o, yerə yıxılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesKino sənayesində inhisar təhlükəsi: Nəhəng studiyaların birləşməsinə etiraz edilir
Kino və televiziya sənayesində çalışan minlərlə nümayəndə "Paramount" və "Warner Bros. Discovery" studiyalarının planlaşdırılan birləşməsinə etiraz edib.
Şou-biznesAlla Puqaçovanın Rusiyaya qayıdacağı tarix açıqlanıb
SSRİ-nin Xalq artisti, məşhur estrada müğənnisi Alla Puqaçovanın Rusiyaya mümkün səfəri ilə bağlı yeni məlumat yayılıb.
Şou-biznesİstanbulda narkotik əməliyyatı davam edir: Səkkiz nəfər həbs olunub
İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.
Şou-biznesBarış Arduç İtaliyada qızıl medal qazanıb
Məşhur aktyor Barış Arduç bu dəfə aktyorluğu ilə deyil, idmandakı uğuru ilə diqqət çəkib.