
İstanbulda narkotik əməliyyatı davam edir: Səkkiz nəfər həbs olunub
İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.
İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb, onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.
Gundem.today xəbər verir ki, əməliyyat İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib.
Saxlanılanlar arasında sosial şəbəkələrdə tanınan şəxslərin də olduğu bildirilir.
Əməliyyat zamanı Beşiktaş, həmçinin Bebek və Etiler ərazilərində yerləşən əyləncə məkanlarında genişmiqyaslı axtarışlar aparılıb. Narkotiklərlə mübarizə əməkdaşları xüsusi təlim keçmiş itlərlə birlikdə obyektlərdə və ətraf ərazilərdə yoxlamalar həyata keçiriblər.
Saxlanılan şəxslərdən bioloji nümunələr götürülməsi üçün onlar Məhkəmə-Tibbi Ekspertiza qurumuna aparılıb, daha sonra yenidən polisə təhvil veriliblər. Ümumilikdə 17 nəfərin bu prosedurdan keçdiyi qeyd olunur.
İstintaq çərçivəsində 11 nəfər məhkəməyə çıxarılıb. Nəticədə 8 nəfər həbs olunub, digər şəxslər barəsində isə müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Araşdırmalar davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesReper Kanye Uest məhkəməyə verildi
Amerikalı reper Kanye Uest Hollivudun "Chateau Marmont" hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.
Şou-biznesKino sənayesində inhisar təhlükəsi: Nəhəng studiyaların birləşməsinə etiraz edilir
Kino və televiziya sənayesində çalışan minlərlə nümayəndə "Paramount" və "Warner Bros. Discovery" studiyalarının planlaşdırılan birləşməsinə etiraz edib.
Şou-biznesAlla Puqaçovanın Rusiyaya qayıdacağı tarix açıqlanıb
SSRİ-nin Xalq artisti, məşhur estrada müğənnisi Alla Puqaçovanın Rusiyaya mümkün səfəri ilə bağlı yeni məlumat yayılıb.
Şou-biznesBarış Arduç İtaliyada qızıl medal qazanıb
Məşhur aktyor Barış Arduç bu dəfə aktyorluğu ilə deyil, idmandakı uğuru ilə diqqət çəkib.