
Rəsmi Bakının səbir kasası daşdı: Avropa Parlamenti ilə əlaqələrə son qoyulmasının səbəbləri - FOTO
"Milli Məclis tərəfindən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması səbəbsiz deyil. Bu, rəsmi Bakıya qarşı uzun illərdir davam edən qərəzli siyasətin məntiqi nəticəsidir".
"Milli Məclis tərəfindən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması səbəbsiz deyil. Bu, rəsmi Bakıya qarşı uzun illərdir davam edən qərəzli siyasətin məntiqi nəticəsidir".
Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamələrdə açıq şəkildə siyasi qərəz müşahidə olunur:
"Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra qəbul edilən sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyini nəzərə almayan, birtərəfli yanaşmaları özündə əks etdirir. 2021-25-ci illəri əhatə edən dövrdə bu qurumun Azərbaycana qarşı 10-dan artıq qərəzli qətnamə qəbul etməsi isə necə deyərlər, rəsmi Bakının səbir kasasını daşırdı. Azərbaycan tərəfi haqlı olaraq bu sənədləri yalnız siyasi motivli deyil, həm də ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Xarici İşlər Nazirliyinə Avropa İttifaqının Azərbaycandakı səfirinin çağırılması və etiraz notasının təqdim edilməsi də bu narazılığın diplomatik ifadəsidir".
"Məsələnin digər tərəfi isə Avropa Parlamenti daxilində baş verən qalmaqallarla bağlıdır. Son illərdə məlum korrupsiya qalmaqalları, erməni lobbisinin təsiri ilə bağlı faktlar bu qurumun imicinə ciddi zərbə vurub. Bundan əlavə, böyük texnologiya şirkətləri ətrafında səsləndirilən lobbiçilik ittihamları, eləcə də müxtəlif geosiyasi təsir iddiaları Avropa Parlamentinin qərarlarının obyektivliyinə dair suallar yaradır. Azərbaycan tərəfi hesab edir ki, bu cür təsir mexanizmləri nəticəsində qəbul edilən sənədlər Avropa İttifaqının ümumi maraqlarından daha çox, müəyyən qrupların gündəliyinə xidmət edir. Bu yanaşma regionda sülh və əməkdaşlıq prosesinə də mənfi təsir göstərir.
Digər mühüm məqam isə Avropa Parlamentinin institusional imkanları ilə bağlıdır. Bu qurumun saxlanılması üçün ayrılan böyük maliyyə resursları və deputatların fəaliyyətinə nəzarət mexanizmlərinin yetərincə şəffaf olmamasına dair faktlar kifayət qədərdir. Bütün bu amillər fonunda Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərə yenidən baxması məntiqlidir", - deputat vurğulayıb.
Onun sözlərinə görə, ölkəmiz beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipinin təmin edilməsini, beynəlxalq münasibətlər sistemində ədalətli və obyektiv yanaşmanı tələb edir:
"Azərbaycan öz milli maraqlarını və suveren mövqeyini qorumaqda qətiyyətlidir".
Xatırladaq ki, Avropa Parlamenti 2026-cı il aprelin 30-da Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Buna cavab olaraq, Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdığını elan edib.
Belə ki, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır; Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulur; Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmırlar.
Həmçinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".
SiyasətABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İran münaqişəsi ilə bağlı müzakirə aparılıb.
SiyasətBakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq struktur yaradılıb.
Siyasətİtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar, müharibənin bitməsinə baxmayaraq, humanitar fəlakətin hələ də davam etdiyini göstərir. İndiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiyası təkcə faciənin miqyasını deyil, həm də gizlədilən həqiqətlərin dərinliyini ortaya qoyur. Lakin bu rəqəmlər son deyil, yüzlərlə məzarın yeri hələ də naməlum qalır.