Son dəqiqə
Heqset: "İran zənginləşdirilmiş uranı ABŞ-yə ya özü verəcək, ya da güc yolu ilə ələ keçiriləcək"İran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdiNişanlısı ilə restorana getdi, yatıb masada qaldıQalib Qasımov vəzifəsindən ayrılıbAvtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEOTramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Restoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilib
Restoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilib
Kriminal

Restoranda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

Bu gün
18:20
0 baxış
Paylaş:

Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, hadisə 2025-ci il sentyabrın 25-də saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən restoranda baş verib.

Namiq Şirinli restoranda olan insanların gözü qarşısında digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşıb pul tələb edib.

Onlar isə imtina etdikdə tərəflər arasında mübahisə yaranıb və məsələni aydınlaşdırmaq üçün restoranın həyətinə çıxıblar.

Namiq Şirinli xuliqanlıq niyyəti ilə bıçaqla Babək Qazıyevin qarın nahiyəsinə zərbə vurub.

Təqsirləndirilən Namiq Şirinli isə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

Qeyd edək ki, Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Namiq_Şirinli#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#bıçaqlanma_hadisəsi#Sabunçu_rayonu#Kürdəxanı#Okean_restoranı#cinayət_işi#məhkəmə_prosesi#xuliqanlıq#Babək_Qazıyev#qəsdən_sağlamlığa_ağır_zərər_vurma.

Oxşar Xəbərlər

Nişanlısı ilə restorana getdi, yatıb masada qaldıKriminal

Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı

Bakının Səbail rayonunda yerləşən restoranda dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu gün
20:240
Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTOKriminal

Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTO

Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Fyodorovna yenidən hakim qarşısına çıxarılıblar.

Bu gün
17:540
İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"Kriminal

İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"

Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bu gün
16:241
Sabunçuda qadın evdən doqquz min manat oğurlayıbKriminal

Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb

Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu gün
15:561