
İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"
Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Əhməd Mütəllimov dindirilib.
O, təqsirləndirilən şəxsin suallarını cavablandırıb:
"Cahangir Qəmbərovun 497 min dollar cərimələndiyi ilə bağlı informasiyadan məlumatım yoxdur. Mən ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir. Ona cərimənin gəlməsinə səbəb sifariş edilən malların gəlməməsi olub. Cahangir Qəmbərova cərimə təkcə bir dəfəyə gəlməyib. Mən ona mal vermişəm, iş görmüşük. İrandan və Türkiyədən mal yollamışam. Amma ortada nə mal var, nə də pul. Şənlik Şükürovla mənim işbirliyim olub. "Master Makina" adlı şirkətimiz olub. Amma təqsirləndirilən şəxs onu tanımır. Tanımadığı halda ona necə mal yollaya bilər?"
Təqsirləndirilən şəxs Cahangir Qəmbərov isə bildirib ki, bütün pullar Şənlik Şükürovun hesabındadır.
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.
Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qəmbərov müxtəlif vaxtlarda paytaxt sakinləri - fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların iki milyon manatadək pullarını mənimsəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSaxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə barədə QƏRAR verildi - FOTO
Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli və Mereuta Nina Fyodorovna yenidən hakim qarşısına çıxarılıblar.
KriminalSabunçuda qadın evdən doqquz min manat oğurlayıb
Bakı və Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
KriminalMüdafiə Nazirliyinin sabiq rəisinin aldığı RÜŞVƏTİN MƏBLƏĞİ məlum oldu
Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi mayor Rasim Həsənovun hərbi qulluqçulara saxta rəy verərək rüşvət alması ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar məhkəməyə göndərilib.
KriminalTanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.