
Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq.
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə Gundem.today-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib.
O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür.
Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:
"Yaxşıyam. Ağrılarım da çox deyil. Allah qoysa, bu gün çıxacağam. Hazırda çıxış üçün yavaş-yavaş hazırlıq görürlər. Çox riskli bir əməliyyat keçirmişəm. Çox şükür ki, nəticə yaxşı oldu. İnşallah, hər şey daha gözəl olacaq. Əziyyətimi çəkən bütün həkimlərimə təşəkkürümü bildirirəm. Xüsusən də Turab Qasımova. O, Almaniyadan məhz mənim sağlamlığım üçün gəlib, həm də təmənnasız.
Narahat olan, soruşan-bilən hər kəsə sonsuz təşəkkür edirəm və sevinirəm ki, bu xalqın artistiyəm".
Xatırladaq ki, Xalq artisti iyunun 4-də əməliyyat olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətŞirvanşahların yay iqamətgahına aparan yeraltı yol - Əzəmətli Nardaran qəsrindən FOTOREPORTAJ
Bakının Nardaran qəsəbəsində yerləşən XIV əsrə aid Nardaran qəsrinin tarixi, müdafiə divarları və Şirvanşahların iqamətgahına aparan sirli yeraltı yolları barədə ətraflı məlumat. Orta əsrlər Azərbaycan memarlığının dünya əhəmiyyətli nümunəsi.
MədəniyyətArkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
MədəniyyətTürkmənistanda "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi təqdim olunub - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində "Azərbaycan - obyektivdən tarixə" adlı sərgi təqdim olunub.
MədəniyyətAzərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ şəhərindəki Göroğlu adına Dövlət Atçılıq Sirkində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti təşkil olunub.