Son dəqiqə
Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVAPrezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMANKilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJDövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildiTürkiyədə məktəb yaxınlığında silah səsləri eşidildi - FOTO - VİDEOUkraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Roderik Miller: "Bizim ölkədə Azərbaycan liqasını daim izləyirlər"
Roderik Miller: "Bizim ölkədə Azərbaycan liqasını daim izləyirlər"
İdman

Roderik Miller: "Bizim ölkədə Azərbaycan liqasını daim izləyirlər"

24 mart 2026
10:24
2 baxış
Paylaş:

"İstər yaxınlarım, istərsə də millinin məşqçilər korpusu Azərbaycan Premyer Liqasını daim diqqətdə saxlayırlar".

"İstər yaxınlarım, istərsə də millinin məşqçilər korpusu Azərbaycan Premyer Liqasını daim diqqətdə saxlayırlar".

Gundem.today xəbər verir ki, bu barədə "Turan Tovuz"un panamalı müdafiəçisi Roderik Miller Qol.az saytına müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının 25-ci turunda "Qəbələ" üzərində çətin qələbə (3:2) qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Bizim üçün çox vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Gözlədiyimiz kimi, qarşılaşma çətin alındı. Üç qol vursaq da, üç xalı çətinliklə əldə etdik. Nəticəyə görə sevinirik. Bu qələbəyə çox ehtiyacımız var idi.

- "Turan Tovuz" inamlı müdafiəsi ilə seçilsə də, "Qəbələ"dən iki qol buraxdınız. Bu sizin üçün də gözlənilməz oldu?

- Təbii ki, bizim məqsədimiz qapımızı toxunulmaz saxlamaqdır. İki qol buraxmağımız yaxşı hal deyil. Çalışmalıyıq ki, bu cür səhvlərə bir daha yol verməyək.

- Adətən belə fikirlər səslənir ki, "Turan Tovuz" iddialı komandalara qarşı yaxşı oynasa da, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandalarla görüşlərə lazımınca köklənmir. Həqiqətən elədir?

- Xeyr, bu fikirlə razı deyiləm. Biz bütün rəqiblərə qarşı 100 faiz motivasiya oluruq. Qarşımızdakı komandanı turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmirik. Üstəlik, Kurban Berdıyev kimi təcrübəli baş məşqçimiz var. Onun nizam-intizama necə diqqət ayırdığını hamı bilir. Berdıyev, hətta məşqlərdə də ən xırda detala belə xüsusi diqqət yetirir. Odur ki, motivasiya sarıdan hər hansı bir problem yaşamırıq. Sadəcə futboldur, bəzən alınmır. Üstəlik, mövsümün sonu yaxınlaşdıqca rəqiblər də hər matça ciddi yanaşırlar.

- "Turan Tovuz"un avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

- Bunun üçün çalışırıq. Avrokuboklara çox yaxınıq. Hamımızın məqsədi də budur. Bilirik ki, "Turan Tovuz" uzun illərdir avrokuboklarda oynamır. Nəhayət, bu dəfə həsrətə son qoymaq istəyirik.

- Üstəlik, kubokda da yolunuza davam edirsiniz...

- Elədir. Kubokda yarımfinaldayıq. Hədəfimiz final oynamaqdır. Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq.

- Son turlar inamlı təsir bağışladığınızı nəzərə alsaq, çempionatda yaranan fasilə "Turan Tovuz"ın əleyhinə ola bilər?

- Bir neçə futbolçu öz millisinin düşərgəsinə yollanacaq. Digər futbolçular üçün isə istirahət etməyə imkan olacaq. İnanıram ki, hər bir futbolçu fasilədən sonra daha güclü şəkildə qayıdacaq.

- Siz də növbəti dəfə Panama millisinə dəvət almısınız. Ölkənizdə çıxışınız mütəmadi olaraq izlənilir? Azərbaycan çempionatı ilə maraqlanırlar?

- Əlbəttə, izlənilir. İstər yaxınlarım, istərsə də millinin məşqçilər korpusu Azərbaycan Premyer Liqasını daim diqqətdə saxlayırlar. Belə olmasaydı, milliyə də dəvət almazdım.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

"Qalatasaray" ulduz futbolçunun transferi üçün Avropa nəhəngləri ilə yarışda - FOTOİdman

"Qalatasaray" ulduz futbolçunun transferi üçün Avropa nəhəngləri ilə yarışda - FOTO

"Qalatasaray" növbəti transfer pəncərəsində "Mançester Siti"dən ayrılacağı rəsmiləşən Bernardo Silvanı heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.

Bu gün
16:160
Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Avropada yüksək vəzifəyə namizəddirİdman

Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Avropada yüksək vəzifəyə namizəddir

Azərbaycanı dünya arenasında layiqincə təmsil etmiş mərhum Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Bu gün
15:460
Finala gedən yol: "Sabah" - "Qarabağ" və "Zirə" - "Turan Tovuz" görüşlərinin hakimləri açıqlandıİdman

Finala gedən yol: "Sabah" - "Qarabağ" və "Zirə" - "Turan Tovuz" görüşlərinin hakimləri açıqlandı

"Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Bu gün
15:380
İngiltərə nəhəngi Dieqo Simeone ilə maraqlanırİdman

İngiltərə nəhəngi Dieqo Simeone ilə maraqlanır

"Çelsi" baş məşqçi postunda ciddi dəyişikliyə hazırlaşır.

Bu gün
15:020