
Rövşən Məhərrəmov: "Ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır"
Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edirlər ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var.
Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edirlər ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var.
Gundem.today Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklərlə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edib.
"Azərbaycanın SHXÇDX və Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub.
Azərbaycanda SHXÇDX tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da, bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdi. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur. Yəni qəfil qərar deyil".
Ekspert onu da deyib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir edə bilər və bu, təbiidir. Bu baxımdan təlimlərin intensivliyi arta, daha çox ehtiyat qüvvə cəlb oluna bilər:
"Qanunvericilik buna imkan verir. Bu isə "müharibəyə hazırlaşma" yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir. Azərbaycan yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı, operativ hazırlığını yüksək saxlamalıdır. Ordunun ehtiyat qüvvələri daim hazır vəziyyətdə olmalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətHeydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.