
Rövşən Nəcəf San-Marino Respublikasının nümayəndə heyəti ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb.
Gundem.today xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.
Söhbət zamanı qonaqlara SOCAR-ın "yaşıl enerji" gündəliyi, "SOCAR Green" şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatKOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
İqtisadiyyatGümüş kəskin bahalaşdı
"Comex" ticarət birjasında 2026-cı ilin iyul ayında təhvil verilməsi planlaşdırılan gümüş füçerslərinin dəyəri 20 apreldən etibarən ilk dəfə troy unsiyası üzrə 80 dollar həddini ötüb.
İqtisadiyyatQızılın qiyməti qalxdı
"Comex" ticarət platformasında 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan qızıl füçerslərinin dəyəri 24 aprel 2026-cı il tarixindən bu yana ilk dəfə 1 Trua unsiyasına görə 4 750 dollar həddini üstələyib.
İqtisadiyyatBakıda daşınmaz əmlak bazarında YENİ TENDENSİYA
2026-ci ilin aprel ayında Bakıda daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artım deməkdir.