
Nigeriyada epidemiya: Onlarla uşaq öldü
Nigeriyanın şimalındakı Sokoto əyalətində meningit epidemiyası səbəbindən 33 uşaq ölüb.
Nigeriyanın şimalındakı Sokoto əyalətində meningit epidemiyası səbəbindən 33 uşaq ölüb.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Sokoto əyalətinin səhiyyə komissarı Faruk Abubakar jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, təxminən bir ay əvvəl ortaya çıxan meningit əyalətin 8 bölgəsinə yayılıb.
Faruk Abubakar bildirib ki, bu bölgələrdə 256 şübhəli meningit halı aşkarlanıb və epidemiya zamanı 33 uşaq ölüb.
O qeyd edib ki, epidemiyadan ən çox 1 yaşdan 15 yaşa qədər uşaqlar təsirlənib. Həmçinin əlavə edib ki, həddindən artıq izdiham və mövsümi quru küləklər yoluxma riskini əhəmiyyətli dərəcədə artırır və bu da şimal əyalətlərində ciddi ictimai səhiyyə problemlərinə yol açır.
Abubakar hökumətin epidemiyaya təcili müdaxilə edilməsi ilə bağlı səyləri sürətləndirdiyini deyib.
Qeyd edək ki, daha əvvəl Nigeriya hökuməti 2030-cu ilə qədər meningiti məğlub etmək üçün yeni tədbirlər elan etmişdi.
Hava yolu ilə yoluxan bilən meningit beyindən başlayaraq bütün bədəni təsiri altına ala bilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNiderlandda stüardessa hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib.
DünyaAzərbaycan-Ermənistan sülh prosesinə Avropadan dəstək
"Latviya Azərbaycan ilə Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirir".
DünyaSi Cinpin və Tramp arasında keçiriləcək görüşdə əsas müzakirə olunacaq məsələ açıqlandı
Tayvan məsələsi Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında yaxın zaman üçün keçirilməsi planlaşdırılan danışıqların siyasi əsasını təşkil edəcək.
DünyaPaşinyan rusiyalı oliqarxı məhkəməyə verir: "Bir ton göbələyi ona yedizdirəcəyəm"
Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.