Son dəqiqə
İrandan TƏLƏB: "Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir"AFFA "Neftçi"ni 26 200 manat cərimələdiXocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıbKonstitusiya Məhkəməsindən "Hərbi xidmət keçməkdən boyun qaçırma" maddəsində dəyişikliklə bağlı TƏKLİFKOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri - FOTOKeçmiş məcburi köçkün: "Xocavəndə qayıtmağı illərdir gözləmişik"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiya dəstəkləyir, Aİ narahatdır - Bolqarıstanda gərgin seçki yarışı
Rusiya dəstəkləyir, Aİ narahatdır - Bolqarıstanda gərgin seçki yarışı
Dünya

Rusiya dəstəkləyir, Aİ narahatdır - Bolqarıstanda gərgin seçki yarışı

Dünən
11:00
0 baxış
Paylaş:

Macarıstanda keçirilən parlament seçkisində Viktor Orbanın məğlubiyyətindən sonra indi də diqqətlər Bolqarıstana yönəlib. Aprelin 19-da ölkə son beş il ərzində səkkizinci seçkiyə gedir. Seçkidə keçmiş prezident Rumen Radevin hökumətə rəhbərlik edib-etməyəcəyi məsələsi həll olunacaq. Keçmiş prezident bu ilin yanvarında vəzifəsini vaxtından əvvəl tərk edib və "Proqressiv Bolqarıstan" partiyası ilə seçkiyə qoşulmaq qərarı verib. Bolqarıstan parlament respublikasıdır və Radevin 2017-ci ildən tutduğu

Macarıstanda keçirilən parlament seçkisində Viktor Orbanın məğlubiyyətindən sonra indi də diqqətlər Bolqarıstana yönəlib. Aprelin 19-da ölkə son beş il ərzində səkkizinci seçkiyə gedir. Seçkidə keçmiş prezident Rumen Radevin hökumətə rəhbərlik edib-etməyəcəyi məsələsi həll olunacaq. Keçmiş prezident bu ilin yanvarında vəzifəsini vaxtından əvvəl tərk edib və "Proqressiv Bolqarıstan" partiyası ilə seçkiyə qoşulmaq qərarı verib. Bolqarıstan parlament respublikasıdır və Radevin 2017-ci ildən tutduğu prezident vəzifəsi nominal olub. Dövləti həqiqətən idarə etmək üçün onun baş nazir olması lazımdır və o da buna can atır. Reytinqi yüksək olan Radevin seçkiqabağı proqramı korrupsiyaya qarşı mübarizə, sosial ədalət və həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması, dövlət institutlarının gücləndirilməsi vədləri üzərində cəmlənib. Eyni zamanda o, xarici siyasət məsələlərində ehtiyatlı mövqe tutur.

Seçkidə Radevlə yanaşı, sağ-mərkəzçi partiyanın lideri Boyko Borisov da iştirak edir.

Seçkidə 3,1 milyondan çox seçicinin iştirakı gözlənilir. Deputat mandatları uğrunda 14 partiya və 10 koalisiya mübarizə aparır.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bolqarıstanın Orbanı"

Qərb analitikləri hesab edirlər ki, "Bolqarıstanın Orbanı" Aİ-nin birliyi üçün macarıstanlı həmkarı qədər təhlükədir". Hesab edilir ki, Radevin başçılıq etdiyi partiya qələbə qazanarsa, o zaman Bolqarıstanın xarici siyasi kursu çox güman ki, dəyişəcək: Sofiya böyük ehtimalla Brüssel üçün Budapeşt qədər "narahat" yer olacaq.

Rusiya hər vəchlə Radevə dəstək verir

Ölkədə seçkiqabağı vəziyyət gərgindir. Rusiya hər vəchlə Radevə dəstək verir, onun qələbə qazanmasına çalışır. Nəticədə, Bolqarıstan hakimiyyəti Rusiyanın mümkün müdaxiləsinin qarşısının alınmasında dəstək göstərilməsi üçün Aİ-yə müraciət edib. Sofiya xarici aktorların sosial şəbəkələr və təbliğat saytları vasitəsilə ictimai rəylə manipulyasiya kampaniyalarının aşkar edilməsi və dayandırılması üçün Avropa Xarici Fəaliyyət Xidmətindən yardım istəyib. Bolqarıstan Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində dezinformasiyaya qarşı mübarizə üçün Sürətli Reaksiya Sisteminin aktivləşdirilməsini xahiş edib. Bu tədbir "Meta", "Google", "TikTok" və digər platformalarla əməkdaşlığa yönəlib. Ölkənin Xarici İşlər Nazirliyində xarici müdaxiləyə qarşı tədbirlərin əlaqələndirilməsi üçün müvəqqəti işçi qrupu yaradılıb. İşə araşdırmaçı jurnalist Xristo Qrozev də cəlb edilib. Hətta Bolqarıstan polisi parlament seçkisində səs almaq üçün nəzərdə tutulan 500 min avronu müsadirə edib. Son həftələr ərzində hakimiyyət orqanları seçicilərin rüşvətlə ələ alınması və səsvermə üçün məcburetmə ilə mübarizə üzrə ümumölkə kampaniyası çərçivəsində 200-dən çox insanı saxlayıb.

Onun tarazlı siyasəti seçicilərin xoşuna gəlir

2021-ci ildən Bolqarıstan siyasi sistemi dərin böhran vəziyyətindədir. Partiya spektrinin parçalanması və siyasətçilər arasındakı barışmaz ziddiyyətlər nəticəsində koalisiya hökumətlərini yaratmaq çox çətindir və onlar son dərəcə qeyri-sabitdir. Radev son illərdə Bolqarıstanı faktiki olaraq idarə edən texniki kabinetlər təyin edərək bundan istifadə edə bilib və öz mövqelərini möhkəmləndirib. Ölkə üçün çətin dövrdə onun tarazlı siyasəti seçicilərin xoşuna gəlir. Radevin populyarlıq reytinqləri digər siyasətçilərlə müqayisədə yüksəkdir (müxtəlif mənbələrə görə, hazırda 40-45%). O, prezident postuna iki dəfə seçilib və hər dəfə qələbəsi mübahisəsiz olub.

Aİ-nin Rusiyaya qarşı sanksiyalarını mənasız hesab edir

Maraqlıdır ki, 2021-ci ildə seçkiqabağı kampaniya zamanı Radev faktiki olaraq Krımı Rusiyaya məxsus hesab edib. Daim Rusiyanı "Bolqarıstan xalqının azadedicisi" adlandırıb, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının mənasız və səmərəsiz olduğunu bildirib. 2024-cü ilin mayında o, Kiyevin müharibədə qalib gələ bilməyəcəyini iddia edib və dəfələrlə Moskva ilə dialoqa qayıtmağın zəruriliyini vurğulayıb. Ukrayna münaqişəsinin diplomatik yolla həllini və Donald Trampın sülhyaratma təşəbbüslərini açıq şəkildə dəstəkləyib.

Radev bəyan edir ki, rəhbərlik etdiyi "Proqressiv Bolqarıstan" partiyası korrupsiyalı dövlət sisteminin sökülməsi barədə ictimai tələbə cavabdır. Keçmiş prezident həyatındakı ən mühüm döyüşə - "Bolqarıstan uğrunda döyüşə" başladığını elan edib. Bildirib ki, məqsədi "oliqarxiyanı devirmək", demokratiyanı və qanunu möhkəmləndirməkdir. Onun seçkiqabağı proqramının daha bir bəndi əhalinin yoxsullaşması ilə mübarizədir. Radevin çıxışları 20 il əvvəlki Boyko Borisovun çıxışlarına bənzəyir.

Qalib çətin seçim qarşısında qalacaq

Hazırda Radev özünün "Rusiyayönümlü istiqamətinə" işarə edə biləcək hər şeydən qaçır. Bəzi ekspertlərin fikrincə, bu, onun Brüssellə bağladığı ehtimal olunan sövdələşmə ilə izah olunmalıdır. Ehtimallara görə, Radev çalışır ki, Aİ onun seçkidə qələbəsinə mane olmasın. Çünki bir il əvvəl Aİ-nin Rumıniyada millətçi Kelin Corcekunun prezidentlik yarışından kənarlaşdırılması üçün atdığı addımlar yaddan çıxmayıb.

Keçmiş prezident seçkidə qalib gəl

#Dünya#Ukrayna#Rusiya_Federasiyası#Donald_Tramp#Viktor_Orban#Sosial_şəbəkələr#Rusiyaya_qarşı_sanksiyalar

Oxşar Xəbərlər

İrandan TƏLƏB: "Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir"Dünya

İrandan TƏLƏB: "Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir"

İranın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İran konteyner gəmisini müsadirə etməsini dəniz quldurluğu kimi qiymətləndirib.

Bu gün
12:080
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIDünya

Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

ABŞ-İran danışıqlarının baş tutmayacağı ehtimalı ilə əlaqədar kəskin artımdan sonra neft qiymətlərində ucuzlaşma baş verib. Buna müzakirələrin keçiriləcəyinə dair yayılan son xəbərlərin səbəb olduğu bildirilir.

Bu gün
11:200
Yaponiyada güclü zəlzələ: Yaralananlar varDünya

Yaponiyada güclü zəlzələ: Yaralananlar var

Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Bu gün
11:040
Tramp İranı görünməmiş problemlərlə hədələdiDünya

Tramp İranı görünməmiş problemlərlə hədələdi

ABŞ Administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, İran Birləşmiş Ştatlarla danışıqlar prosesində iştirakını davam etdirəcək.

Bu gün
10:480