
Rusiyada qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıb
Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.
Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.
Gundem.today xəbər verir ki, hadisə ilə bağlı məlumatı "Amur Mash" "Telegram" kanalı paylaşıb.
Mənbənin sözlərinə əsasən, uşaq qeysəriyyə üsulu ilə dünyaya gəlib. Sonradan körpədə təpə-gicgah sümüyünün depressiv (batıq) sınığı və epileptik tutma sindromu aşkar edilib.
Körpənin səhhəti kəskin şəkildə ağırlaşdığından onu tibbi yardım almaq məqsədilə Sankt-Peterburq şəhərinə gətiriblər.
Aparılan yoxlamalar nəticəsində məlum olub ki, cərrahi müdaxilə vaxtında icra edilməyib. Həmçinin tibbi sənədlərdə körpənin hər hansı travma alması barədə qeyd yazılmayıb.
Məhkəmə prosesində yerli tibb işçilərinin pasiyentə lazımi səviyyədə tibbi xidmət göstərmədiyi təsdiqini tapıb. Qərara əsasən, doğum evi qadına və həyat yoldaşına hər birinə 1.5 milyon rubl, uşağın nənələrinə isə 200 min rubl təzminat ödəməlidir. Lakin tibb müəssisəsinin rəhbərliyi məhkəmənin bu hökmü ilə razılaşmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNigeriyada epidemiya: Onlarla uşaq öldü
Nigeriyanın şimalındakı Sokoto əyalətində meningit epidemiyası səbəbindən 33 uşaq ölüb.
DünyaSi Cinpin və Tramp arasında keçiriləcək görüşdə əsas müzakirə olunacaq məsələ açıqlandı
Tayvan məsələsi Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında yaxın zaman üçün keçirilməsi planlaşdırılan danışıqların siyasi əsasını təşkil edəcək.
DünyaPaşinyan rusiyalı oliqarxı məhkəməyə verir: "Bir ton göbələyi ona yedizdirəcəyəm"
Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldıracağını bəyan edib.
DünyaAvstriyada atışma: Ölənlər var
Avstriyanın Lints şəhərində restoranın qarşısında atışma baş verib. Nəticədə üç nəfər həyatını itirib.