Son dəqiqə
Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - VİDEOSAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEOŞahin Bağırov: "Temu" ilə bağlı mövcud limitdə dəyişiklik edilməyəcək"Şahin Bağırovdan "Temu" bağlamalarının gecikmə səbəbi ilə bağlı AÇIQLAMASeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏLAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı
Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı
Dünya

Rusiyadan Türkiyəyə gedən neft tankerinə görə Dardanel boğazı bağlandı

Bu gün
15:18
0 baxış
Paylaş:

Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.

Çərşənbə günü səhər saatlarında Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə tam dayandırılıb. Buna səbəb Rusiyadan Türkiyənin Kocaeli limanına doğru hərəkət edən Barbados bayraqlı "Zephyr Prosper" neft tankerində yaranmış texniki nasazlıq olub.

Gundem.today xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti tərəfindən məlumat yayılıb.

"Rusiyadan Kocaeli istiqamətində üzən 274 metr uzunluğundakı "Zephyr Prosper" neft tankerinin mühərrikində Kilitbahir kəndi yaxınlığında problem yaranıb. Hazırda üç buksir gəmisi tankerin təhlükəsizliyini təmin etmək üçün yardıma cəlb edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində boğazdan gəmilərin keçidi hər iki istiqamət üzrə müvəqqəti olaraq məhdudlaşdırılıb".

Məlumata əsasən, sözügedən "Zephyr Prosper" tankeri 2004-cü ildə istifadəyə verilib. Gəminin ümumi uzunluğu 274.2 metr, eni 48 metr, dedveyti isə 150 min ton təşkil edir.

Xatırladaq ki, Türkiyənin Dardanel (Çanaqqala) boğazı Egey dənizini Mərmərə dənizinə, Bosfor boğazı vasitəsilə isə Qara dənizə bağlayan mühüm dəniz yoludur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Dardanel_boğazı_(Çanaqqala_boğazı)#Neft_tankeri

Oxşar Xəbərlər

SAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEODünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEO

İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.

Bu gün
16:300
"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırırDünya

"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.

Bu gün
16:140
Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyatDünya

Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat

Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.

Bu gün
15:580
Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldıDünya

Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı

İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.

Bu gün
15:500