
Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"
"Arıqlamaq istəyənlərin əksəriyyəti ilk növbədə çörəkdən imtina etsə də, əslində bu, heç də vacib şərt deyil".
"Arıqlamaq istəyənlərin əksəriyyəti ilk növbədə çörəkdən imtina etsə də, əslində bu, heç də vacib şərt deyil".
Gundem.today xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı həkim-endokrinoloq Yuliya Atamanova danışıb.
Mütəxəssisin sözlərinə görə, burada əsas məsələ çörəyin özü deyil, ümumi qidalanma balansı və yeyilən qidanın miqdarıdır.
"Çəki artımı çörək yeməkdən deyil, ondan həddindən artıq istifadə etməkdən qaynaqlanır. Mən özüm çörəyi çox sevirəm, hər gün yeyirəm və onsuz necə keçinmək olacağını təsəvvür edə bilmirəm. Bundan əlavə, əgər tamtaxıllı çörəkdən danışırıqsa, bu, orqanizmi liflə təmin etmək üçün mükəmməl bir məhsuldur", - deyə Atamanova qeyd edib.
Ekspert bildirib ki, rasiondan çörəyi tamamilə çıxarmaq adətən qısamüddətli nəticə verir və gələcəkdə insanın yenidən onu hədsiz miqdarda yeməsinə səbəb ola bilər. Daha vacib olan məqam bu məhsulu gündəlik qidalanma rejiminə uyğunlaşdırmaq və porsiyalara nəzarət etməyi öyrənməkdir.
Həkimin sözlərinə görə, bir yemək üçün təhlükəsiz porsiya təxminən 25-50 qram təşkil edir. Bu zaman sadətərkibli tamtaxıllı çörəyə üstünlük vermək daha məqsədəuyğundur. Belə çörək insanı daha yaxşı doyurur və əlavə qəlyanaltılara ehtiyac qalmadan uzun müddət toxluq hissi yaradır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıMal ətinin müntəzəm istehlakı gənc qadınlarda yaddaşı gücləndirir
Müntəzəm olaraq mal əti qəbul etmək gənc qadınlarda yaddaşı, diqqəti və vizual məlumatların beyin tərəfindən emalı sürətini yaxşılaşdırmağa kömək edə bilər.
MaraqlıGündəlik rasionun 25 faizlik möcüzəsi: Depressiyadan qorunmağın ən asan yolu
Paxlalılar, dənli bitkilər və çərəzlərdən əldə edilən bitki mənşəli zülal qəbulunun 10% artırılması yetkin insanlarda depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.
MaraqlıMemar Şeyx Bəhaəddinin möhtəşəm layihəsi: Gəncənin tarixi Cümə məscidinin sirləri - FOTOREPORTAJ
Qədim Gəncə şəhərində yerləşən Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib.
MaraqlıBöyük Britaniyada dəhşətli şəraitdə saxlanılan 250 it xilas olundu
Böyük Britaniyanın Nottingem şəhərində bir evdən dəhşətli şəraitdə saxlanılan və ömründə heç vaxt bayıra çıxarılmayan 250 pudel cinsli it xilas edilib.