
Rusiyanın dövlət kanalında Azərbaycana qarşı təxribatla bağlı rəsmi Bakıdan SƏRT REAKSİYA
"6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan "1-ci" kanalın "zaman göstərər" ("vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır".
"6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan "1-ci" kanalın "zaman göstərər" ("vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır".
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır:
"Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.
Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİllər sürən həsrətin sonu: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - VİDEO
Köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
SiyasətAnar Ələkbərov Venesiya Biennalesindən paylaşım edib - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Venesiya Biennalesində milli pavilyonumuzun açılışına dair paylaşım edib.
Siyasətİllər sürən həsrətin sonu: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - FOTO - VİDEO
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
SiyasətKöç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - VİDEO
Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.