
Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq
Balakən rayonunun bəzi kəndlərində qaz təchizatında fasilə yaranacaq.
Balakən rayonunun bəzi kəndlərində qaz təchizatında fasilə yaranacaq.
Gundem.today xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.
Bildirilib ki, aprelin 28-də saat 09:00-dan etibarən rayonun Katex və Beretbinə kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, qaz təchizatı aparılan işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Sabah saat 10:00-dan etibarən "Rəncbər", "Hacıqabul-2" və "Şirvan Əhali" ölçü qovşaqlarından da qaz təchizatının dayandırılması planlaşdırılır.
Salyan Regional Qaz İstismar İdarəsinin yaydığı məlumatda bildirilib ki, qaz təchizatının dayandırılması yaz-yay mövsümü ilə bağlı qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi işləri ilə əlaqədardır.
Qeyd edilib ki, təmir aparılan müddətdə Hacıqabul rayonunun 5 kəndində - Rəncbər, Navahi kəndi, Stansiya Nəvahi, Pirsaat, Qubalıbaloğlan kəndlərində, 62 qeyri-yaşayış sahəsində (ümumi 2716 abonent), o cümlədən Şirvan şəhərinin bir hissəsinin (ümumi 4705 abonent) qaz təchizatında fasilə yaranacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQafqaz Müsəlmanları İdarəsi Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yayıb
"Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin kilsəsinin 23 aprel tarixli bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür".
CəmiyyətUyğunsuzluq aşkarlanan 490 baytarlıq preparatı məhv edilib - FOTO
Fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi "Bazalt" müəssisəsinin istehsalı olan "Vettrimerazin Poroşok" əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.
CəmiyyətWUF13 çərçivəsində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib - FOTO
Aprelin 27-də Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib.
Cəmiyyət23 yaşlı tiktoker saxlanıldı
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.