
Sabah hava necə olacaq? - 30.03.2026
Azərbaycanda martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPrezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
Azərbaycan Prezidenti İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb.
CəmiyyətBakıda boru partladı, küçələr sudan keçilməz oldu - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu ərazisində boru partlayıb.
CəmiyyətAprelin son günündə hava necə olacaq?
Azərbaycanda aprelin 30-u üçün hava proqnozu açıqlanıb.
CəmiyyətDaha 33 ailənin Xocalı həsrətinə son qoyulur
Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.