
ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.
Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Gundem.today-a verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək.
Sakinlərin rahatlığını və şəhərin vacib nöqtələri arasında fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə üç marşrut xətti müəyyən edilib:
1 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki";
2 nömrəli avtobus: "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi";
3 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - 1-ci dairə".
Yeni marşrutlar üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi təşkil edilib və müvafiq nişanlarla təchiz olunub.
Sərnişindaşımalar "BakuBus" MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə 10 ədəd nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla xidmət göstərəcək.
Ödəniş sistemi tamamilə nağdsız qaydada tənzimlənir:
- Fiziki "BakıKart";
- QR-biletlər;
- NFC texnologiyası (istənilən bank kartı, "Google Pay" və "Apple Pay").
Sakinlər "BakıKart"ın balansını şəhərdə yerləşdirilən ödəniş terminalları vasitəsilə artıra bilərlər.
AYNA-nın Monitorinq mərkəzi avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edəcək. Qeyd edək ki, "BakuBus"ın müasir standartlara cavab verən bu təcrübəsi artıq Bakı və Gəncə şəhərlərində də uğurla tətbiq olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı
Balakən rayonunda qazi atasına qarşı dələduzluq hadisəsi qeydə alınıb.
CəmiyyətSərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir
Paytaxtın əsas küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.
CəmiyyətSumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.
CəmiyyətAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
Abşeron Rayon Polis İdarəsi (RPİ) ərazi polis bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.