
Şahdağda qar örtüyünün hündürlüyü bir metri ötüb - FAKTİKİ HAVA
Aprelin 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.
Aprelin 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir.
Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və Astarada 7, Ağdam, Mingəçevirdə 6, Lənkəran, Yardımlıda 5, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2, Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dək qeydə alınır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.