Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sayalı Sadıqova: "Dildəki bütün alınma sözləri azərbaycanlaşdırmaq qeyri-mümkündür"
Sayalı Sadıqova: "Dildəki bütün alınma sözləri azərbaycanlaşdırmaq qeyri-mümkündür"
Cəmiyyət

Sayalı Sadıqova: "Dildəki bütün alınma sözləri azərbaycanlaşdırmaq qeyri-mümkündür"

Bu gün
12:44
0 baxış
Paylaş:

"Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür".

"Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür".

Gundem.today xəbər verir ki, bu barədə APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib:

"Terminlərin yaranmasında müxtəlif prinsiplərdən istifadə olunur. 1922-ci ildə isə Terminologiya Komissiyasında dili saflaşdırmaq, dildə olan bütün ərəb-fars sözlərini çıxardıb Azərbaycan sözləri ilə əvəzləmək qarşıya məqsəd kimi qoyulmuşdu. Həmin dövrdə məktəblərin ehtiyaclarını ödəmək məqsədilə dərsliklər yazılmış, müxtəlif elm sahələri ilə bağlı bir sıra terminoloji lüğətlər nəşr olunmuşdu.

Elm sahələrində işlənən ərəb və fars terminlərini dilimizdən çıxarıb, əvəzində mənası aydın olmayan qondarma uydurma terminlər yaradırdılar. Məsələn: maddə-nəsnək, mənfi-tərs, müsbət-avand, məcmu-topal, həll-çürüş, düstur-çeşni, rəqəm-sayac, nöqtə-bənək, məsələ-sorğu, dairə-firdoqa, nisbət-tutuş, hədd-çit, xətti mail-yatıqça, kəmiyyət-buyur köçür, işarə-cızıq. Ancaq bu prinsip özünü doğrultmadı.

Müasir dövrdə dilin saflığı qorunur, dilin daxili imkanları hesabına yeni terminlər yaradılır. Dildə olan bütün alınmaları çıxarmaq və ya onları süni şəkildə azərbaycanlaşdırmaq qeyri-mümkündür. Süni şəkildə dili yükləmək olmaz. Terminlərin mühüm bir hissəsi dilin öz daxili imkanları, eləcə də alınmalar hesabına yaradılır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#alınma_sözlər#terminologiya_komissiyası#sayalı_sadıqova#azərbaycan_dili#dilin_saflığı#ərəb-fars_sözləri#dilçilik_institutu#yeni_terminlər#süni_azərbaycanlaşdırma

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240