Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Sea Breeze" ilə "Raffle Group" və "Accor Group" arasında əməkdaşlıq sazişi imzalanıb
"Sea Breeze" ilə "Raffle Group" və "Accor Group" arasında əməkdaşlıq sazişi imzalanıb
Cəmiyyət

"Sea Breeze" ilə "Raffle Group" və "Accor Group" arasında əməkdaşlıq sazişi imzalanıb

Bu gün
17:18
0 baxış
Paylaş:

Aprelin 2-də "The Grand" kompleksində "Sea Breeze" ilə "Raffle Group" və "Accor Group" arasında "Sea Breeze" ərazisində "Swissôtel & Raffle Residences" layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanma mərasimi keçirilib. Sənədi "Sea Breeze" kurort şəhərciyinin təsisçisi və sahibi Emin Ağalarov, premium seqment üzrə fəaliyyət göstərən "Raffle Group" şirkətlər qrupunun həmtəsisçisi Rafail Nuri və "Accor Group" şirkətinin inkişaf üzrə vitse-prezidenti Filipp Bone imzalayıblar.

Aprelin 2-də "The Grand" kompleksində "Sea Breeze" ilə "Raffle Group" və "Accor Group" arasında "Sea Breeze" ərazisində "Swissôtel & Raffle Residences" layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanma mərasimi keçirilib. Sənədi "Sea Breeze" kurort şəhərciyinin təsisçisi və sahibi Emin Ağalarov, premium seqment üzrə fəaliyyət göstərən "Raffle Group" şirkətlər qrupunun həmtəsisçisi Rafail Nuri və "Accor Group" şirkətinin inkişaf üzrə vitse-prezidenti Filipp Bone imzalayıblar.

"Bu gün "Swissôtel & Raffle Residences" layihəsinin icrası ilə bağlı sazişin imzalanması ilə "Sea Breeze" üçün daha bir önəmli mərhələyə qədəm qoyuruq. Tikintisi davam edən kazinonun yaxınlığında yerləşəcək və fərqli memarlıq üslubuna malik kompleksin inşasına yaxın zamanlarda başlanılacaq. Əminəm ki, bu layihə "Sea Breeze"in ən məşhur obyektlərindən birinə çevriləcək", - deyə Emin Ağalarov bildirib.

"Sea Breeze" ilə əməkdaşlıqdan məmnunuq və bu layihəni 2029-cu ildə uğurla təhvil verəcəyimizə inanırıq. Bu, şirkətimizin böyüməsində önəmli addımdır və göstərilən dəstəyə görə Emin Ağalarova təşəkkür edirik", - deyə Rafail Nuri vurğulayıb.

Filipp Bone bildirib ki, "Accor" artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və yüksək maraqla qarşılanır:

"Strategiyamız yalnız paytaxtda deyil, həm də kurort ərazilərində fəaliyyət sahəmizi genişləndirməyi nəzərdə tutur. İmzalanmış saziş "Swissôtel" brendinin ölkə bazarına daxil olmasını rəsmiləşdirir. Brend artıq regionun bir sıra paytaxtlarında uğurla təmsil olunur, sabit nəticələr göstərir və investorlar tərəfindən böyük maraq görür. Onun Azərbaycan bazarına çıxışı gələcək inkişaf baxımından əhəmiyyətli mərhələdir".

Layihə 13 mərtəbəli kompleksdən ibarətdir və memarlıq konsepsiyası "Melike Altınışık Architects" (MAA) tərəfindən hazırlanıb. Konsepsiya Xəzər dənizinin dalğalarının ritmi və küləklərindən ilhamlanıb. Kompleksdə sahəsi 45 kv.m-dən 309 kv.m-dək dəyişən 458 rezidensiya nəzərdə tutulur. Gələcək sahiblərin rahatlığı üçün bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə təqdim olunacaq. Hər mərtəbədə, künclərdə yerləşən rezidensiyalarda əlavə komfort elementləri, o cümlədən şəxsi terraslar və cakuzi nəzərdə tutulub. Yüksək icra səviyyəsi və memarlıq dəyəri layihəni həm yaşayış, həm də sərfəli investisiya üçün cəlbedici edir.

Kompleks "Swissôtel" standartlarına uyğun fəaliyyət göstərəcək və rezidentlərə yüksəksəviyyəli xidmətlər təqdim edəcək: 24/7 fəaliyyət göstərən resepşn, konsyerj xidməti, təmizlik və müştərilərin hər bir ehtiyacına fərdi yanaşma. Rezidensiyaların yaxınlığında 150 otaqlı "Swissôtel" premium brendinə məxsus hotel yerləşəcək və qonaqlara İsveçrə keyfiyyətində xidmət təqdim edəcək.

Kompleksin infrastrukturu fitnes və SPA mərkəzləri, qapalı və açıq hovuzlar, yeraltı və yerüstü parkinqlər, premium restoranlar, butiklər və birbaşa dənizə çıxışı olan şəxsi çimərlik ilə tamamlanacaq.

"HalfMoon" və "Dream Arena" konsert zalı, eləcə də kazino kompleksin yaxınlığında yerləşəcək. Hotel və rezidensiyaların açılışı 2029-cu ilin ortalarına planlaşdırılır.

2018-ci ildə təsis olunmuş "Raffle Group" premium daşınmaz əmlak şirkətidir. Şirkət yüksəkkeyfiyyətli yaşayış layihələri, o cümlədən şəhər və kurort tipli obyektlərin tikintisini həyata keçirir. "Raffle Group" Azərbaycanda müasir memarlıq və investisiya mühitinin formalaşdırılmasını qarşısına hədəf kimi qoyub.

Bu il "Sea Breeze" 20 illik yubileyini qeyd edir. Bu müddət ərzində layihə Xəzər dənizinin sahilində yerləşən kurort qəsəbəsi ideyasından Avropanın ən iri özəl daşınmaz əmlak və müasir həyat tərzi layihələrindən birinə çevrilib. Bu gün "Sea Breeze" memarlıq, infrastruktur, təbiət, texnologiya və mədəniyyətin vahid sistem kimi bir araya gəldiyi məkandır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Emin_Ağalarov#Sea_Breeze_Resort

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240