
Şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərilib
"YAŞAT" Fondu şəhidimiz Hikmət Həsənovun ailəsinə dəstək göstərib.
"YAŞAT" Fondu şəhidimiz Hikmət Həsənovun ailəsinə dəstək göstərib.
Gundem.today xəbər verir ki, şəhidin övladları Rüqəyya və Ruzi fondun vəsaiti hesabına Gəncə şəhərində Xəzər Universitetinin "Dünya Məktəbi"ndə təhsil alırlar.
Onlar fond tərəfindən həyata keçirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər. Həmçinin, fondun təşkil etdiyi "Bilimdən Zəfərə" layihəsində iştirak ediblər.
Qeyd edək ki, Hikmət Fikrət oğlu Həsənov 15 iyul 1986-cı ildə Gəncə şəhərində anadan olub. 1993-cü ildə Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 saylı məktəbin birinci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edib. H.Həsənov Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətMəktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
CəmiyyətAnar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi
Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.