
Selin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTO
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".
Bunu Gundem.today-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O qeyd edib ki, bir neçə gün sel nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün uçması ilə bağlı təhlükəsizlik tədbirləri görülüb.
"Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunublar, təhlükəsizlik tədbirləri görülüb. Hazırda müvəqqəti alternativ yolun tikintisinə start verilib. Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə edə bilirlər", - deyə A.Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.