
SEPAH: "BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başlayıb"
Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşlarının əmlakının müsadirəsinə başlanıldığı iddia olunur.
Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşlarının əmlakının müsadirəsinə başlanıldığı iddia olunur.
Gundem.today xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu öz "Telegram" kanalında məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, BƏƏ-də bir qrup İran vətəndaşının saxlanılaraq daha sonra səhranın ortasında yerləşən ağır şəraitli həbsxanalara göndərilməsi barədə məlumatlar daxil olur.
Məlumatda həmçinin bildirilir ki, hökumət və ya Xarici İşlər Nazirliyi tərəfindən vəziyyətin araşdırılmasına yönəlmiş hər hansı cavab tədbiri görülməyib.
Qeyd olunub ki, xaricdə yaşayan İslam Respublikası vətəndaşlarının narahatlığı, eləcə də iki ölkə arasında gərginlik artmaqdadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb
ABŞ danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana "qısa və güclü" zərbələr dalğası endirmək planı hazırlayıb.
DünyaPentaqon iki vacib vəzifəsini açıqladı
"Hind və Sakit okean regionlarında Çinin qarşıdurma ilə deyil, güc vasitəsilə qarşısının alınması Pentaqon üçün ABŞ-nin materik hissəsinin müdafiəsindən sonra ikinci ən vacib vəzifədir".
DünyaPutin və Tramp arasında telefon danışığı olub
Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
DünyaZimbabvenin keçmiş prezidentinin oğlu oyuncaq tapançaya görə CAR-dan deportasiya edildi
Cənubi Afrika Respublikası məhkəməsi Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Bellarmin Muqabeni 600 min rend (36 min dollar) məbləğində cərimə edib və onun ölkədən çıxarılmasına qərar verib.