Son dəqiqə
Paytaxtda fəaliyyət göstərən mağazadan şikayət: Polis hərəkətə keçdi - VİDEO"Yaşayan Nostradamus"dan şokedici öngörməBraziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTOTrampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"Niderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEOMüğənni Bonni Taylerin vəziyyəti ağırlaşıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. SEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
SEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"
Dünya

SEPAH-dan ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat: "Böyük itkilər verərək uzaqlaşdılar"

Bu gün
02:26
0 baxış
Paylaş:

İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.

İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini iddia edib.

Gundem.today xəbər verir ki, bu barədə korpusun Hərbi Dəniz Qüvvələri komandanlığının yaydığı bəyanatda bildirilib.

"Birləşmiş Ştatlar atəşkəs rejimini pozduqdan sonra SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Kəşfiyyat məlumatları ABŞ gəmilərinə ciddi ziyan dəydiyini və düşmənin böyük itkilər verdiyini göstərir. Hücumdan dərhal sonra ABŞ-yə məxsus üç hərbi gəmi Hörmüz boğazı bölgəsindən sürətlə uzaqlaşıb", - deyə bəyanatda qeyd olunub.

Hərbi Dəniz Qüvvələri komandanlığı həmçinin bildirib ki, ABŞ esmineslərinə zərbələr endirilərkən SEPAH tərəfindən ballistik raketlərdən, gəmi əleyhinə qanadlı raketlərdən və fuqas döyüş başlıqlı kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunub.

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus üç esminesə zərbələr endirib.

Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Mənbələrin verdiyi xəbərə görə, hazırda ABŞ gəmiləri Oman körfəzi istiqamətində hərəkət edir. Gəmilərə dəyən zərər barədə hələlik dəqiq məlumat yoxdur. Bununla belə, agentlik esmineslərin kamikadze pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hədəfə alındığını vurğulayıb.

İran neft tankerinə edilən hücumdan sonra Hörmüz boğazında yerləşən Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qüvvələrinə raket zərbələri endirib.

Gundem.today xəbər verir ki, bu barədə məlumatı İran hərbçilərinə istinadən yerli dövlət teleradio şirkəti yayıb.

"ABŞ silahlı qüvvələrinin İran tankerinə təcavüzündən dərhal sonra düşmən birləşmələri raket hücumuna məruz qalıb. Nəticədə qarşı tərəf itki verərək geri çəkilmək məcburiyyətində qalıb" , - rəsmi açıqlamada bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#ABŞ#Hörmüz_boğazı#raket_zərbəsi#hərbi_münaqişə#İran_tankeri#ABŞ_hərbçiləri#gərginlik#İran_ordusu

Oxşar Xəbərlər

"Yaşayan Nostradamus"dan şokedici öngörməDünya

"Yaşayan Nostradamus"dan şokedici öngörmə

Özünü "yaşayan Nostradamus" adlandıran braziliyalı parapsixoloq Atos Salome ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Bu gün
04:040
Braziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTODünya

Braziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTO

Braziliyada bir qadın uğursuz saç kəsiminə görə bərbərin kürəyinə bıçaqla zərbə endirib.

Bu gün
03:340
Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"Dünya

Trampdan İrana sərt mesaj: "Daha ağır zərbələr endirəcəyik"

Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.

Bu gün
03:021
Niderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEODünya

Niderlandda siyasi qərargahda PARTLAYIŞ - VİDEO

Niderlandın "Demokratlar-66" partiyasının mərkəzi qərargahının poçt qutusuna naməlum şəxs tərəfindən partlayıcı qurğu yerləşdirilib. Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri ölkənin Baş naziri Rob Yettendir.

Bu gün
02:440