
Paytaxtda fəaliyyət göstərən mağazadan şikayət: Polis hərəkətə keçdi - VİDEO
Paytaxtda fəaliyyət göstərən "Mister Wood" mağazası ilə bağlı şikayət var.
Paytaxtda fəaliyyət göstərən "Mister Wood" mağazası ilə bağlı şikayət var.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, 4 900 manat ödədiyi məhsul dörd aya yaxındır ona təhvil verilmir.
Şikayətçi Burak Aktaşın sözlərinə görə, "Mister Wood" mağazasından parket sifariş edib, lakin məhsul hələ də təqdim olunmayıb:
"Pulu geri tələb etsəm də, qaytarılmayıb. Dəfələrlə mağazanın rəhbərləri Səfər Qasımov və Şəfa Qasımova ilə əlaqə saxlamışam. Hər dəfə "bu gün", "sabah" deyərək məni gözlədiblər.
Hazırda fəaliyyətlərini demək olar ki, dayandırıblar. Heç bir məhsul istehsal etmirlər".
"Mister Wood" mağazasının sahibi Səfər Qasımov isə məsələ ilə bağlı bildirib ki, istehsalatda problemlər yaranıb:
"Müştərilərə də məlumat vermişik ki, ödənişlər bu həftənin sonuna qədər həyata keçiriləcək".
Hazırda məsələ ilə bağlı polis orqanlarında araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətCərimənin ödənişi yerində tələb oluna bilməz - Qanun nə deyir? - VİDEO
Müəyyən hallarda yerə zibil atdıqda və ya digər qaydaları pozduğunuza görə cərimə oluna bilərsiniz. Bəzən isə cərimənin ödənişi qanunsuz olaraq yerində tələb oluna bilir.
Cəmiyyət"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
CəmiyyətBakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
CəmiyyətAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.