
Serbiya İsraillə birgə hərbi dron istehsal edəcək
Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
Serbiya öz ərazisində İsraillə birgə hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandar Vuçiç məlumat verib.
"İstehsalını planlaşdırdığımız dronlar ucuz olmasa da, son dərəcə effektivdir. Onlar həm canlı qüvvənin, həm də zirehli texnikanın məhv edilməsi üçün nəzərdə tutulub. Layihə İsrail texnologiyası əsasında reallaşacaq, çünki onlar bu sahədə ən yaxşılardandır. İstehsalı isə 50/50 prinsipi ilə bölüşəcəyik. Beləliklə, biz həm innovativ texnologiyalar əldə edirik, həm də gələcəkdə bu növ texnologiyaları müstəqil yarada biləcək mütəxəssislər yetişdiririk", - deyə Vuçiç "Kobra" xüsusi təyinatlı hərbi polis dəstəsinin yaranma günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.
Qeyd edək ki, daha əvvəl Serbiya KİV-i ölkədə "Yuqoimport" dövlət müdafiə şirkəti və İsrailin "Elbit Systems" şirkətinin iştirakı ilə hərbi dron istehsalına başlanılacağı barədə məlumat yaymışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPikassonun bir milyon avroluq əsəri lotereyada qazanıldı
Parisdə yaşayan şəxs 100 avroya aldığı lotereya bileti ilə rəssam Pablo Pikassonun "Qadın başı" adlı əsərini qazanıb.
DünyaKİV: Tramp İrana qarşı əməliyyatın başa çatdığını bildirib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.
DünyaABŞ İran nefti ilə bağlı güzəşt rejimini uzatmayacaq
ABŞ Administrasiyası İran neftinin dəniz yolu ilə tədarükünə dair 30 günlük sanksiya istisnasını uzatmayacaq.
DünyaQırğızıstanın keçmiş xarici işlər nazirinə ittiham irəli sürüldü
Qırğızıstanın keçmiş xarici işlər naziri Çingiz Aydarbekova vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.