
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda 10 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR
Martın 25-i və 26-da Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Martın 25-i və 26-da Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Gundem.today-a verilən məlumata görə, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.
Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 28.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətUşaq doğularkən bəzi hallarda ailəsinə 600 manat verilmir - Qanun nə deyir? - VİDEO
Bir çoxları yeni dünyaya gələn uşağı üçün ödənilən birdəfəlik müavinəti necə alacağını bilmir. Bunun qısa izahı var.
CəmiyyətPaytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? - VİDEO
Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.
CəmiyyətBakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - VİDEO
Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi...