
Səssiz inkişaf edən xəstəlik: Dişləriniz sizə siqnal verir
Ağız boşluğunda yaranan cüzi narahatlıqlar belə bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Ağız boşluğunda yaranan cüzi narahatlıqlar belə bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Gundem.today xəbər verir ki, ümumi stomatoloq və parodontoloq Tamara Kudzieva "İzvestiya"ya müsahibəsində ağız boşluğunda daha ciddi fəsadlara işarə edə biləcək kiçik dəyişikliklər barədə məlumat verib.
"Pasiyentlər əksər hallarda isti və ya soyuğa qarşı yüngül həssaslıqdan şikayət edirlər. Onlar bunun əslində kariyesin ilkin mərhələsi olduğunu öyrəndikdə təəccüblənirlər. Belə simptomların təhlükəsi onların kəskin ağrı vermədən, yavaş-yavaş inkişaf etməsindədir", - deyə mütəxəssis bildirib.
Stomatoloqun sözlərinə görə, diqqətdən kənarda qalan, lakin narahatlıq doğuran digər əlamətlərə ağzı açarkən gicgah-çənə oynağında yaranan səs və ya xırtıltı, səhərlər çənədə hiss edilən ağrılar daxildir. Həmçinin xoruldama kimi hallar tənəffüs yolları və ağız boşluğu toxumalarında olan problemləri üzə çıxara bilər.
T.Kudzieva əlavə edib ki, oynaqda yaranan xırtıltı və səsləri diqqətsiz qoymaq olmaz. "Bu cür hallar bruksizm və ya oynaq disfunksiyasının xəbərçisi ola bilər. Vaxtında müalicə edilmədikdə belə patologiyalar daha da ağırlaşır", - deyə o qeyd edib.
Həkim, xüsusilə, səhərlər çənədə yaranan ağrılara diqqət çəkərək, bunun əsasən gecələr dişlərin qıcanması və ya sıxılması ilə bağlı olduğunu vurğulayıb. Əgər müdaxilə olunmazsa, bu vəziyyət oynaq pozuntularına, əzələlərdə ağrılara və dişlərin vaxtından əvvəl yeyilməsinə səbəb ola bilər.
Parodontoloq qeyd edib ki, sadalanan simptomlar müşahidə edildikdə dərhal stomatoloqa müraciət etmək vacibdir. Çünki ağırlaşmış xəstəliklərin müalicəsindənsə, dişlərin və çənə oynaqlarının vaxtında profilaktik müayinəsi daha effektivdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlı15 ölkə, doqquz min foto: İlin qalibi 20 yaşlı gənc oldu - FOTO
Avropada "İlin Təbiət Fotoqrafı 2026" mükafatının münsiflər heyəti müsabiqənin qaliblərini elan edib. Müsabiqəyə 15 ölkədən 9 000-ə yaxın fotoşəkil göndərilib.
Maraqlı15 ölkə, doqquz min şəkil: İlin qalibi 20 yaşlı gənc oldu - FOTO
Avropada "İlin Təbiət Fotoqrafı 2026" mükafatının münsiflər heyəti müsabiqənin qaliblərini elan edib. Müsabiqəyə 15 ölkədən 9 000-ə yaxın fotoşəkil göndərilib.
MaraqlıSürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər
Son vaxtlar avtomobil sahibləri əyləc balatalarının (əyləc qəliblərinin) sürətlə yeyilməsindən daha çox şikayət edirlər. Belə ki, əvvəllər bir dəst əyləc balatası 40 000-50 000 kilometr məsafə üçün kifayət edirdisə, hazırda bu göstərici 30 000 kilometrə qədər enib.
MaraqlıUzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma
ABŞ-li alimlər müəyyən ediblər ki, uzunömürlü insanların övladları daha sağlam qidalanma rejiminə meyllidirlər və bu vərdiş yaşla bağlı bir sıra xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.