
Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndirilənin hadisəni törədən zaman həqiqətən anlaqsız vəziyyətdə olub-olmaması ilə bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edib.
Müşavirədən sonra məhkəmə vəsatəti qəbul edib.
Təqsirləndirilən Emil Ağacanovun təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasından keçirilməsi ilə bağlı məhkəmə qərar qəbul edib.
Ekspertizanın rəyinin məhkəməyə daxil olması üçün proses qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib.
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Onu da qeyd edək ki, Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və italyan brendi "YAMAMAY"ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalNaxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİ
"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.
KriminalPaytaxtda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə YAXALANDI - ANBAAN GÖRÜNTÜ
Paytaxtda 42 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
KriminalTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
KriminalVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.