
Simonyan: "Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil etməyi təklif etdi"
Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
Gundem.today xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan "X" sosial şəbəkə hesabında yazıb.
"Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi, regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım. Biz həmçinin bu təşəbbüsün irəlilədilməsi ilə bağlı sonrakı detalları müzakirə etdik", - deyə A.Simonyan bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətVahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"
"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".
SiyasətKostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"
"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".
SiyasətKostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"
"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".
SiyasətAntalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTO
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.