
Slovakiyada qatarla yük maşını toqquşub: Ölü və yaralılar var - FOTO
Slovakiyada dəmir yolu keçidində sərnişin qatarının yarımqoşqulu yük avtomobili ilə toqquşması nəticəsində vaqonlar relsdən çıxıb. Qəza nəticəsində bir nəfər həyatını itirib, 20-dən artıq şəxs isə xəsarət alıb.
Slovakiyada dəmir yolu keçidində sərnişin qatarının yarımqoşqulu yük avtomobili ilə toqquşması nəticəsində vaqonlar relsdən çıxıb. Qəza nəticəsində bir nəfər həyatını itirib, 20-dən artıq şəxs isə xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu barədə "Aktuality" məlumat yayıb.
İnsident Bratislava yaxınlığında yerləşən Dunayska Ştreda (Dunajska Streda) şəhərinin tənzimlənməyən dəmir yolu keçidində qeydə alınıb. Bölgələrarası sərnişin qatarı keçiddə hərəkətdə olan yük avtomobili ilə toqquşub və şiddətli zərbənin təsirindən relsdən çıxıb.
Ağır toqquşma yük maşınını idarə edən sürücünün ölümü ilə nəticələnib. Qatarda olan 21 sərnişin isə müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.
DünyaABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"
"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".
DünyaAlmaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi
Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.
DünyaMadaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi
Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.