
Slovakiyanın baş naziri Putinə Ukrayna liderinin mesajını çatdıracaq
Slovakiya hökumətinin rəhbəri Robert Fitso Moskva səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin ismarıcını Rusiya rəhbərliyinə ötürə bilər.
Slovakiya hökumətinin rəhbəri Robert Fitso Moskva səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin ismarıcını Rusiya rəhbərliyinə ötürə bilər.
Gundem.today məlumat verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadla Slovakiyanın "Pravda" nəşri xəbər yayıb.
Baş nazir 9 May Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Moskvaya yola düşəcək.
Bu arada Rusiya liderinin köməkçisi Yuri Uşakov mayın 7-də qeyd edib ki, Ukrayna tərəfindən olan danışıqlar qrupu razılaşma əldə etmək üçün hansı addımların atılmalı olduğunu anlayır, ancaq yekun qərar Kiyevin siyasi rəhbərliyinin iradəsindən asılıdır.
"Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Rastislav Çovaneç vurğulayıb ki, hökumət başçısı Ukrayna liderinin ismarıcını Rusiya rəhbərliyinə təqdim edəcək", - deyə qəzetin məlumatında bildirilir.
Diplomatın sözlərinə görə, Slovakiya baş nazirinin eyni zamanda Rusiya dövlət başçısı Vladimir Putindən mövcud münaqişənin nizamlanması yolları barədə rəsmi Moskvanın baxışı ilə bağlı önəmli məlumatlar əldə etməsi ehtimal olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ordusu "Ocean Koi" tankerini ələ keçirdi
İranın Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında hərəkət edən "Ocean Koi" adlı tankeri qanunsuz neft ixracına cəhd iddiası ilə ələ keçirib.
DünyaAlmaniyada banka hücum: Girov götürülənlər var - FOTO
Almaniyanın cənub-qərbindəki Sintsiq (Reynland-Pfalts federal torpağı) şəhərində polis "Volksbank" bankının filialında insanların girov götürülməsi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
DünyaƏraqçının Çin səfəri: Həlledici məqam yetişir - VİDEO
"İranın xarici işlər naziri Abbas Əraqçının 5-6 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasına səfəri istər İranın özündə, istərsə də beynəlxalq mediada önəmli diplomatik hadisə kimi dəyərləndirilib. Bu da bir neçə səbəblə əlaqədardır".
DünyaRusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.