
Spirtli içkinin ağrılı yan təsiri - Həkim xəbərdarlıq etdi
Alkoqol mədə-bağırsaq traktının işinə mənfi təsir göstərə bilər.
Alkoqol mədə-bağırsaq traktının işinə mənfi təsir göstərə bilər.
Gundem.today-ın xəbərinə görə, bu barədə rusiyalı psixiatr-narkoloq Marina Kalyujnaya "Lenta.ru"ya müsahibəsində danışıb.
Həkim spirtli içkinin ağrılı yan təsiri ilə bağlı xəbərdarlıq edib.
"Həm müntəzəm, həm də ara-sıra alkoqol qəbulu ağır ishala səbəb ola bilər, çünki etanol mədə-bağırsaq traktının işini kompleks şəkildə pozur", - deyə Marina Kalyujnaya bildirib.
O izah edib ki, alkoqol mədədə xlorid turşusu ifrazını artırır və eyni zamanda mədənin selikli qişasının müdafiə mexanizmlərini pozaraq iltihabi reaksiyaya gətirib çıxarır. Bağırsaqlarda bu, peristaltikanın sürətlənməsi ilə özünü göstərir: qida lazım olduğundan daha sürətlə keçir, normal dərəcədə həzm oluna və sorula bilmir.
Həkim, həmçinin qeyd edib ki, alkoqol səbəbindən mədəaltı vəzi və qaraciyər stres rejimində işləməyə başlayır və qidanın, xüsusilə də yağların həzmi üçün zəruri olan fermentlərin ifrazı azalır. Həzm olunmamış komponentlər bağırsaqlara daxil olur və əlavə olaraq su cəlb edir ki, bu da nəticədə ishala səbəb olur.
"Bəzi alkoqollu içkilərin tərkibində çox miqdarda şəkər, dadlandırıcılar və ya bağırsaqlarda özbaşına suyu saxlayan digər maddələr olur ki, bu da osmotik ishal riskini artırır. Bu, xüsusilə şirin kokteyllər, likörlər və sidrlər üçün xüsusilə xarakterikdir", - deyə həkim əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan gözlənilməz addım: Xarq adasının ələ keçirilməsi ilə bağlı plan dəyişdi
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilər tərəfindən Xarq adasının ələ keçirilməsi planına qarşı çıxıb. O, quru əməliyyatının böyük itkilərə səbəb ola biləcəyindən ehtiyat edib.
DünyaBolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.
Dünya"Titanik"dən sağ çıxmış sərnişinin xilasedici jileti hərracda satıldı
1912-ci ildə qəzaya uğramış "Titanik" kruiz laynerinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.
DünyaDirijor milyon dollarlıq skripkanı yerə saldı - VİDEO
Finlandiyada konsert zamanı dirijor təsadüfən solistin əlindən dəyəri bir milyon dollar olan nadir skripkanı yerə salıb.