
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.
Gundem.today TASS-a istinadən xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb (Bakı vaxtı ilə 08:00 red.) və 20:00-dək (21:00) fəaliyyət göstərəcək.
Məlumata görə, seçici siyahılarına 6.5 milyondan çox vətəndaş daxil edilib. 240 yerlik parlamentdə mandat uğrunda 14 siyasi partiya və 10 koalisiyanın 4 786 namizədi mübarizə aparır.
Son sorğulara əsasən, parlamentə ən azı beş siyasi qüvvənin daxil olacağı gözlənilir, daha dörd blok isə 4%-lik səddi keçmək şansına malikdir.
Ekspertlər seçici fəallığının yüksək olacağını bildirir, təxminən 3.3 milyon nəfərin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib.
DünyaTürkiyədə əməliyyat: Yük gəmisində 106 kiloqram kokain tapıldı
Türkiyədə təhlükəsizlik qüvvələri Panama bayrağı altında üzən yük gəmisində 106 kiloqram kokain aşkarlayıblar.
DünyaKeşiş DJ Argentinada konsert verdi - VİDEO
Portuqaliyalı keşiş DJ Gilyerme Peyşotun mərhum Roma Papası Fransiskin xatirəsi üçün verdiyi konsertə minlərlə insan toplaşıb.
DünyaAralıq dənizində zəlzələ baş verib
Aralıq dənizində 4.7 maqnitudalı zəlzələ baş verib.