Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Stres zamanı bədəndə nələr baş verir və necə sakitləşmək olar? - Mütəxəssis rəyi
Stres zamanı bədəndə nələr baş verir və necə sakitləşmək olar? - Mütəxəssis rəyi
Maraqlı

Stres zamanı bədəndə nələr baş verir və necə sakitləşmək olar? - Mütəxəssis rəyi

1 aprel 2026
02:48
0 baxış
Paylaş:

Stres keçirmək, xüsusilə də qəfil yaranan gərginlik insanın həm fiziki, həm də emosional vəziyyətinə ciddi mənfi təsir göstərə bilər.

Stres keçirmək, xüsusilə də qəfil yaranan gərginlik insanın həm fiziki, həm də emosional vəziyyətinə ciddi mənfi təsir göstərə bilər.

Gundem.today xəbər verir ki, rusiyalı həkim-terapevt Nina Danilkina "İzvestiya" nəşrinə müsahibəsində stresin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, stres zamanı qana dərhal kortizol və adrenalin hormonları ifraz olunur ki, bu da damarların kəskin daralmasına səbəb olur. Bu proses aşağıdakı təhlükəli hallara yol aça bilər:

- İnsult və infarkt riski;

- Aritmiya və ürək döyüntüsünün kəskin tezləşməsi;

- Arterial təzyiqin yüksəlməsi və hipertonik kriz.

Gərginlik xroniki xarakter aldıqda sinir və endokrin sistemləri tükənməyə başlayır. Belə hallarda insan xəstəliklərə qarşı daha həssas olur. Yuxu pozuntusu, baş ağrıları, dəridə səpgilər, mədə ağrıları və təşviş xroniki stresin əsas əlamətləridir.

Mütəxəssis tez-tez gərginlik yaşayan insanlara davranışlarını nəzarətdə saxlamağı və aşağıdakı sadə üsullardan istifadə etməyi tövsiyə edir:

Fiziki hərəkət: Pilləkənlə qalxmaq və ya bir neçə metr piyada gəzmək;

Su prosedurları: Üzü soyuq su ilə yumaq və ya əlləri isti suyun altında saxlamaq;

Nəfəs texnikası: Dərin nəfəs alıb-vermək;

Sakitləşdirici vasitələr: Nanə və ya melissalı çay içmək, zərurət yaranarsa valerian qəbul etmək;

Psixoloji dəstək: Yaxın bir insanla söhbət etmək, meditasiya və ya yoqa ilə məşğul olmaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#stres#qəfil_stres#xroniki_gərginlik#insult_riski#infarkt#kortizol#adrenalin#sinir_sistemi#panik_atak#streslə_mübarizə#həkim-terapevt#sağlamlıq_məsləhətləri

Oxşar Xəbərlər

Qidanın keyfiyyətsizliyi kaloridən asılı olmayaraq bədənə ziyan verir - Yeni araşdırmaMaraqlı

Qidanın keyfiyyətsizliyi kaloridən asılı olmayaraq bədənə ziyan verir - Yeni araşdırma

Beynəlxalq alimlər qrupunun araşdırmasına görə, hətta qısamüddətli ultra emal olunmuş qidalara keçid belə maddələr mübadiləsini poza və reproduktiv sağlamlığa təsir göstərə bilər.

Bu gün
07:180
Göz rəngindəki dəyişiklik ciddi xəstəliklərin carçısı ola bilərMaraqlı

Göz rəngindəki dəyişiklik ciddi xəstəliklərin carçısı ola bilər

Yetkin şəxslərdə göz rəngində qəfil dəyişiklik müşahidə olunarsa, bu, həkimə müraciət etmək üçün ciddi səbəb sayılır.

Bu gün
04:180
Tarixi Kopenhagen döyüşünün izləri: 225 il əvvəl batmış gəminin qalıqları aşkarlandı - FOTO-VİDEOMaraqlı

Tarixi Kopenhagen döyüşünün izləri: 225 il əvvəl batmış gəminin qalıqları aşkarlandı - FOTO-VİDEO

Danimarkada arxeoloqlar 225 il əvvəl batmış hərbi gəminin qalıqlarını aşkar ediblər.

Dünən
16:520
Bulvarda gül gülü çağırır - Rəngarəng zanbaqların fonunda romantik mənzərə - FOTOREPORTAJMaraqlı

Bulvarda gül gülü çağırır - Rəngarəng zanbaqların fonunda romantik mənzərə - FOTOREPORTAJ

Baharın gəlişi ilə Bakı Bulvarı yenidən rəngarəng görkəm alır, burada müxtəlif çiçəklərin mövsümü başlayır.

Dünən
16:440