
"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.
Kadrlarda 596 nömrəli xətt üzrə işləyən sərnişin avtobusunun "Sulutəpə dairəsi" adlanan ərazidə təkərlərindən biri olmadan hərəkət etdiyi görünür.
Gundem.today-a açıqlamasında 596 nömrəli xəttin sahibi "FRövşən" İstehsalat Birliyinin rəhbəri Razim Xanışov faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün təxminən saat 10-11 arasında Binəqədi rayonunun "Sulutəpə dairəsi"ndə qeydə alınıb.
"Heç bir qəza baş verməyib. Hərəkətdə olan zaman avtobusun təkəri yağışdan sonra yaranan çalaya düşüb, təkərin boltlarında problem yaranıb və diski qırılıb. Avtobus yolun ortasında olduğundan yolu kəsib və tıxac yaranıb. Buna görə də sürücü yolu boşaltmaq üçün bir qədər irəli hərəkət etməli olub. Yəni ərazidəki yük maşınlarının biri ilə dartılıb çıxarılıb yol kənarına ki, yolu bağlamasın. Sonra evakuator göndərmişik və qaraja gətirilib", - deyə R.Xanışov bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ baş verib.
CəmiyyətDaşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Aprelin 26-ı saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətDaşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb.
CəmiyyətAzərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.