
Sumqayıtda 50 illik şam ağacları kim tərəfindən məhv edildi? - FOTO - VİDEO
Sumqayıt şəhəri, 45-ci məhəllə, "Əyri dom" kimi tanınan binanın həyətindəki 40-50 illik iki şam ağacının kökündən çıxarıldığı iddia olunur.
Sumqayıt şəhəri, 45-ci məhəllə, "Əyri dom" kimi tanınan binanın həyətindəki 40-50 illik iki şam ağacının kökündən çıxarıldığı iddia olunur.
Gundem.today xəbər verir ki, bununla bağlı jurnalist Anar Xanlarov sosial şəbəkə hesabında video paylaşıb.
A.Xanlarov iddia edib ki, son günlər güclü külək olmadığından ağacların aşırılmasında insan faktoru ola bilər:
"Videodan da görünür ki, ağaclar qurumayıb. Kim bunu hansı məqsədlə edib, araşdırılmalıdır. Bir şam ağacının bu həddə gəlməsi illər alır. Kiminsə şəxsi marağı ucbatından edilibsə, cinayətdir. Son zamanlar Sumqayıtda yaşıllıqların məhvi gedir".
Məsələ ilə bağlı Sumqayıt Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Gundem.today-a bildirilib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində torpaq qatının yumşalması nəticəsində bir neçə ünvanda, həmçinin 45-ci məhəllə ərazisində ağaclar aşıb.
Vurğulanıb ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.