
Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI
Süni intellekt (Sİ) texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.
Süni intellekt (Sİ) texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.
Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) xəbərdarlığında bildirilir.
Qurum mütəxəssislərinin qənaətinə görə, süni intellektin imkanları kibercinayətkarlara müştəri etibarını sarsıtmağa, ödəniş sistemlərini sıradan çıxarmağa və hətta bazarlarda panikaya səbəb olan satışlara şərait yaradır. Bunun əsas səbəbi Sİ-nin istənilən sistemdəki təhlükəsizlik boşluqlarını çox qısa müddətdə aşkarlaya bilməsidir.
Maliyyə, enerji, telekommunikasiya və dövlət idarəetməsi daxil olmaqla, bütün sahələr risk altındadır. Şirkətlərin məhdud sayda proqram təminatı platformalarından, bulud xidmətlərindən və ya Sİ modellərindən asılılığı vahid bir boşluğun onlarla təşkilat üçün ağır fəsadlar törətməsinə yol aça bilər. Nəticədə, qlobal miqyasda genişmiqyaslı makroiqtisadi şokun baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.
BVF təmsilçiləri xüsusilə vurğulayıblar ki, inkişaf etməkdə olan ölkələr bu cür kiberhücumlar qarşısında daha müdafiəsiz vəziyyətdədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Azadlıq layihəsi" əməliyyatını dayandırmağı Trampdan kim xahiş edib?
Pakistan ABŞ-dən İranla danışıqlar dövründə hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalan gəmilərlə bağlı "Azadlıq layihəsi" əməliyyatını dayandırmağı xahiş edib.
DünyaBƏƏ sahillərində Çinin neft tankerinə hücum edildi
BƏƏ sahillərində Marşal adaları bayrağı altında üzən Çin gəmisinə hücum edilib. Nəticədə tankerə ziyan dəyib.
DünyaÇində zavodda baş verən partlayışda ölənlərin sayı ARTDI
Çinin Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
DünyaTramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma təklifinin Tehranın nüvə silahından imtina etməsini və Birləşmiş Ştatlara "nüvə tozunu" təhvil verməsini nəzərdə tutduğunu iddia edib.