Son dəqiqə
İlham Haqverdiyev azadlığa buraxıldıİranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum olduAzərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTOBirinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldıİndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqAbbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama
Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama
Dünya

Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama

Bu gün
03:20
0 baxış
Paylaş:

Süni intellektin sürətli inkişafı bir çox insanın öz emosiyalarını çatbotlarla müzakirə etməsinə səbəb olub. Süni intellekt müəyyən məsləhətlər verə bilsə də, insan iştirakını və real emosional əlaqəni təmin etmək iqtidarında deyil.

Süni intellektin sürətli inkişafı bir çox insanın öz emosiyalarını çatbotlarla müzakirə etməsinə səbəb olub. Süni intellekt müəyyən məsləhətlər verə bilsə də, insan iştirakını və real emosional əlaqəni təmin etmək iqtidarında deyil.

Gundem.today xəbər verir ki, bu barədə rusiyalı psixoloq Aleksandra Çmuj "KP.ru"ya müsahibəsində danışıb.

"Maşının verdiyi məsləhətlərlə bəlkə də narahatlıq səviyyəsini müvəqqəti azaltmaq mümkündür, lakin süni intellekt canlı ünsiyyətə olan ehtiyacı əvəz edə bilməz. Psixoloqların belə bir deyimi var: biz mənəvi yaraları münasibətlərdə alırıq və onları yalnız münasibətlər sayəsində sağalda bilərik", - deyə mütəxəssis vurğulayıb.

Ekspertin sözlərinə görə, süni intellekt anlıq dəstək versə də, əsl emosional bağ formalaşdırmır. Məhz bu bağ insanın başa düşüldüyünü və qəbul edildiyini hiss etməsinə kömək edir. İlk növbədə öz tənhalığını görmək və bir çox problemin məhz özünütəcrid vəziyyətindən qaynaqlandığını anlamaq vacibdir. Bu "qapalı dairədən" çıxmaq vaxtının çatdığını hiss etdikdə, insanda başqaları ilə əlaqə qurmaq istəyi təbii şəkildə yaranır.

Aleksandra Çmuj yekun olaraq bildirib: "Düşünürəm ki, bir çoxlarının öz psixoloji vəziyyətləri barədə alqoritmlərlə yazışmasına baxmayaraq, "ChatGPT" və ya digər süni intellekt sistemləri ilə psixoloqu əvəz etmək mümkün olmayacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#süni_intellekt#neyron_şəbəkələr#psixoloq#psixoterapiya#çatbotlar#emosional_əlaqə#mental_sağlamlıq#Aleksandra_Çmuj#psixoloji_dəstək

Oxşar Xəbərlər

İranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum olduDünya

İranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum oldu

Mayın 1-nə keçən gecə İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri fəaliyyətə gətirilib.

Bu gün
14:400
Azərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTODünya

Azərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTO

"Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qəbul etdiyi qərar son illər ərzində formalaşmış qərəzli yanaşmalara və ikili standartlara verilmiş prinsipial və qəti cavab kimi çıxış edir. Bu addım təkcə institusional əməkdaşlığın dondurulması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraqlarını açıq və sərt şəkildə müdafiə etməsinin növbəti ifadəsidir".

Bu gün
14:380
ABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEODünya

ABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEO

ABŞ ilə Venesuela arasında təxminən yeddi ildən sonra ilk dəfə kommersiya təyinatlı sərnişin təyyarəsinin uçuşu baş tutub.

Bu gün
13:560
Tramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?Dünya

Tramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?

ABŞ Prezidenti Donald Tramp həyatına edilən hücum cəhdlərinə rəğmən, zirehli gödəkçə geyinməkdən imtina edib.

Bu gün
13:440