
Tramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?
ABŞ Prezidenti Donald Tramp həyatına edilən hücum cəhdlərinə rəğmən, zirehli gödəkçə geyinməkdən imtina edib.
ABŞ Prezidenti Donald Tramp həyatına edilən hücum cəhdlərinə rəğmən, zirehli gödəkçə geyinməkdən imtina edib.
Gundem.today xəbər verir ki, bu barədə Tramp mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
ABŞ rəhbəri hesab edir ki, gülləkeçirməz jilet onu vizual olaraq daha dolu göstərir.
Mətbuat nümayəndələrinin mövzu ilə bağlı suallarını cavablandıran Tramp: "əgər 9 kiloqram daha ağır görünsəydim, buna necə tab gətirəcəyimi deyə bilmərəm", - ifadəsini işlədib.
Xatırladaq ki, keçən həftəsonu ABŞ liderinə qarşı növbəti sui-qəsd cəhdi baş tutub. Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının "Vaşinqton Hilton" hotelindəki tədbiri zamanı silahlı insident qeydə alınıb. Hadisə zamanı prezident və iştirak edən digər rəsmi şəxslər dərhal təxliyə olunublar, hücumu həyata keçirən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMadyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.
DünyaTamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"
"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".
DünyaAzərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO
"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".
DünyaABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib
"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara təqribən 100 milyard dollar vəsait sərf edib və bu vəziyyət ABŞ vətəndaşları üçün daha böyük dolayı xərclər yaradıb".