Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İKT
  3. Süni intellektin Azərbaycan avtomobil biznesində rolu
Süni intellektin Azərbaycan avtomobil biznesində rolu
İKT

Süni intellektin Azərbaycan avtomobil biznesində rolu

Dünən
12:56
0 baxış
Paylaş:

Azərbaycan avtomobil bazarında rəqabət artıq yalnız daha çox yeni model gətirmək, daha böyük salon açmaq və ya daha aqressiv reklam kampaniyası aparmaq üzərində qurulmur. Yeni mərhələdə üstünlüyü getdikcə daha çox müştəri datasını düzgün idarə edən, satış və servisi analitika ilə yönləndirən, qərarverməni isə süni intellektlə gücləndirən şirkətlər qazanacaq.

Azərbaycan avtomobil bazarında rəqabət artıq yalnız daha çox yeni model gətirmək, daha böyük salon açmaq və ya daha aqressiv reklam kampaniyası aparmaq üzərində qurulmur. Yeni mərhələdə üstünlüyü getdikcə daha çox müştəri datasını düzgün idarə edən, satış və servisi analitika ilə yönləndirən, qərarverməni isə süni intellektlə gücləndirən şirkətlər qazanacaq.

Bu dəyişiklik təsadüfi deyil. Azərbaycan dövləti rəqəmsal inkişaf və süni intellekt istiqamətini artıq strateji prioritet səviyyəsinə qaldırıb. İqtisadiyyat Nazirliyinin strategiyalar bölməsində "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" və "Azərbaycan Respublikasında Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası 2026-2029" ayrıca qeyd olunur. 2026-cı ilin fevralında Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası" müşavirəsində də süni intellekt, data mərkəzləri və rəqəmsallaşma ölkənin gələcək inkişafının əsas sütunları kimi təqdim olunub.

Bu fonda avtomobil sektoru yaxın illərdə Azərbaycanda süni intellekt və rəqəmsal transformasiyanın ən praktik və ən sürətli nəticə verə biləcək biznes sahələrindən birinə çevrilir.

Süni intekllekt avtomobil biznesində əsas dəyəri harada yaradır?

Avtomobil distribusiyası və diler fəaliyyəti klassik pərakəndə satışdan fərqlənir. Burada gəlir təkcə avtomobilin bir dəfə satılmasından yox, həm də onun ətrafında formalaşan ekosistemdən yaranır: kredit, "trade"in (köhnə avtomobilini rəsmi salonlarda yenisi ilə əvəzləmə), sığorta, servis, ehtiyat hissələri, təkrar satış və müştəri loyallığı.

Məhz buna görə bu sahədə "əlavə texnoloji funksiya" yox, gəlir strukturunu dəyişən alət kimi çıxış edir.

Birinci istiqamət satışın effektivliyidir. Süni intellekt əsaslı müştəri qeydiyyatlarının aparılması sistemləri hansı müraciətin real alıcıya çevrilmə ehtimalının yüksək olduğunu əvvəlcədən müəyyən edə bilir. Bu, satış komandalarının vaxtını daha düzgün bölməsinə, kampaniyaların daha yüksək dönüşüm verməsinə və marketinq xərclərinin optimallaşmasına səbəb olur.

İkinci istiqamət servis gəliridir. Öncədən proqnozlaşdırılmış texniki xidmət yanaşması ilə servis ziyarətləri əvvəlcədən planlaşdırılır, ehtiyat hissələri daha dəqiq müəyyənləşdirilir və usta yükü daha səmərəli idarə olunur. Bu isə həm müştəri məmnuniyyətini, həm də satış sonrası gəliri artırır.

Üçüncü istiqamət ehtiyat hissələri və stok idarəçiliyidir. Süni intellekt tarixi servis məlumatları, mövsümi tələbat və model parkının strukturu əsasında hansı hissələrin daha çox tələb görəcəyini və hansı məhsul qruplarında artıq stok riski yarandığını daha dəqiq hesablaya bilir. Nəticədə həm kapital dövriyyəsi yaxşılaşır, həm də "müştəri gəldi, hissə yoxdur" problemi azalır.

Azərbaycan bazarında bu transformasiyanı niyə gözləmək lazımdır?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun genişlənməsi və ticarət aktivliyinin artması avtomobil biznesi üçün də yeni imkanlar yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə ÜDM 126.3 milyard manata çatıb, qeyri-neft-qaz sektorunda artım 6.2 faiz olub. ÜDM-in 10.7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin payına düşür. Eyni zamanda 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.9 faiz artaraq 62.2 milyard manata çatıb.

Bu göstəricilər avtomobil biznesi üçün vacib siqnaldır: bazar yalnız məhsul satışı ilə yox, həm də xidmət və əlaqəli əməliyyatlar hesabına böyüyür.

Digər tərəfdən, ölkədə avtomobil və əlaqəli istehsal da artım nümayiş etdirir. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatında "avtomobil, qoşqu və yarımqoşquların istehsalı" sahəsində 44,7 faiz artım qeydə alınıb. Bu isə avtomobil ekosisteminin daha strukturlaşdırılmış iqtisadi fəaliyyətə çevrildiyini göstərir.

Rəsmi distributor və dilerlər üçün yeni imkanlar

Yaxın illərdə süni intellekt avtomobil biznesində ən çox aşağıdakı istiqamətlərdə dəyər yaradacaq:

- Satış proqnozlaşdırılması və müştəri qeydiyyatlarının prioritetləşdirilməsi;

- Çoxdilli chatbot və virtual satış məsləhətçiləri;

- CRM əsaslı fərdiləşdirilmiş kampaniyalar;

- Servis ziyarətlərinin proqnozlaşdırılması;

- Ehtiyat hissələri və stok optimallaşdırılması;

- "Trade"in və ikinci əl qiymətləndirməsinin data əsaslı idarə olunması;

- Müştəri məmnuniyyəti və loyallıq riskinin ölçülməsi.

Bütün bunların ortaq nəticəsi birdir: daha yüksək geridönüş, daha yüksək servis müştəri loyallığı və daha səmərəli əməliyyat modeli.

Ən böyük risk: texnologiya yox, zəif data

Süni intellekt ilə bağlı ən böyük yanlış gözlənti ondan ibarətdir ki, sanki şirkət bir neçə platforma alıb quraşdırdıqdan sonra nəticə avtomatik gələcək. Reallıqda isə uğursuzluqların əsas səbəbi çox vaxt texnologiya yox, parçalanmış proseslər və keyfiyyətsiz məlumat bazası olur.

Əgər satış komandası başqa sistemdə, servis başqa sistemdə, marketinq isə tamamilə fərqli bazada işləyirsə, süni intellekt real dəyər yaratmaqda çətinlik çəkəcək. Buna görə də Azərbaycan avtomobil şirkətləri üçün ilk a

#İKT#İqtisadiyyat_Nazirliyi#Dövlət_Statistika_Komitəsi#Süni_intellekt

Oxşar Xəbərlər

Pulsuz "Wi-Fi" təhlükəsi: Məlumatlarımızı necə qoruyaq? - VİDEOİKT

Pulsuz "Wi-Fi" təhlükəsi: Məlumatlarımızı necə qoruyaq? - VİDEO

Kafedə, parkda və digər ictimai məkanlarda ilk axtardığımız çox vaxt pulsuz "Wi-Fi" şəbəkələri olur. Maddi xərc çəkmədən internetdən istifadə etmək cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi kibertəhlükələr dayanır. Sadə bir bağlantı şəxsi məlumatlarımızın kibercinayətkarların əlinə keçməsinə şərait yarada bilər.

31 mart 2026
01:360