Son dəqiqə
Paşinyan Putinin təklifini rədd etdi?"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılırErmənistan Araz çayı ilə bağlı yeni layihə hazırlayırAgentlik sədrinin müşaviri işdən çıxdı - FOTONazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO - VİDEOVilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı
Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı
Kriminal

Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı

Bu gün
13:24
0 baxış
Paylaş:

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, Faiq Məmmədov 2023-cü ildə Mingəçevir şəhəri ərazisində avtomobillə hərəkətdə olarkən digər sürücü ilə yol hərəkəti qaydaları zəminində mübahisə edib və sonradan ona ağır xəsarət yetirib.

Belə ki, o, idarə etdiyi "Khazar" markalı avtomobillə Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun sağ zolağı deyil, orta zolağı ilə idarə edib. Bu zaman eyni istiqamətdə arxadan hərəkət edən "Mercedes-Benz" markalı avtomobilin sürücüsü, zərərçəkmiş Elvin Paşayev onun hərəkətinə etiraz olaraq səs siqnalından istifadə edib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Faiq avtomobilini H.Əliyev prospektində, "Sənaye parkı"nın inzibati binasının qarşısında saxlayaraq nəqliyyat vasitəsindən düşüb. Onun hərəkətlərini görən zərərçəkmiş şəxs də avtomobilini yaxınlıqdakı avtobus dayanacağında saxlayaraq düşüb və tərəflər üz-üzə gəliblər. Təqsirləndirilən şəxs Elvinə yaxınlaşmaq üçün işarə edib. Sonra zərərçəkmiş ona yaxınlaşan anda avtomobilinin salonundan götürdüyü balta ilə qəfil hücum edib. Heç bir zorakılıqla qarşılaşmadığı halda Faiq Elvinin baş nahiyəsinə bir dəfə zərbə endirib.

Hadisə nəticəsində Elvin Paşayev açıq kəllə-beyin travması, alın sümüyünün açıq sınığı və subdural hematoma ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarətlər alıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən dəyişdirilib. Belə ki, məhkumun əməli ağır zərərvurma maddəsindən sağlamlığa az ağır zərərvurma maddəsinə tövsif edilib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bundan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib və Ali Məhkəmə iş üzrə apellyasiya qərarını ləğv edərək cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb.

İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarla əvvəlki mövqeyini qüvvədə saxlayıb. Məhkəmə kollegiyası Faiqin əməlini yenidən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Eyni zamanda, Faiqin həmin cəzanı artıq çəkdiyi nəzərə alınaraq onun cəzasını çəkmiş hesab olunması barədə qərar qəbul edilib. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.

Sonuncu qərardan isə dövlət ittihamçısı tərəfindən yenidən kassasiya protesti verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qəsdən_sağlamlığa_zərərvurma#Mingəçevir_şəhəri#Şəki_Ağır_Cinayətlər_Məhkəməsi#Şəki_Apellyasiya_Məhkəməsi#Ali_Məhkəmə

Oxşar Xəbərlər

Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTOKriminal

Polkovnikin ölümündən sonra üzə çıxan CİNAYƏTİ: Dövlətə BİR MİLYON ZİYAN VURUB - FOTO

Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.

Bu gün
12:440
Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdiKriminal

Ali Məhkəmə rüşvətə görə həbs edilən sabiq baş həkimlə bağlı qərar verdi

Gəncə Dəmir Yolu Xəstəxanasının külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan sabiq baş həkimi Vidadi Seyidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
09:400
Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜATKriminal

Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT

Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına... Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.

Bu gün
21:120
Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildiKriminal

Məhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildi

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
20:020