
Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
Gundem.today xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.
Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub. Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona beş dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona üç həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb. Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.
Xatırladaq ki, bir müddət əvvəl Jony tanınmış gənc "TikTok" ulduzu Səbinə Xayrova ilə birgə "Comedy Club" proqramında görüntülənmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMüğənni Bonni Taylerin vəziyyəti ağırlaşıb
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Şou-biznesDünyaca məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Şou-biznesABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.
Şou-biznesAktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib
Məşhur aktrisa Liza Kudrou "Dostlar" (Friends) serialının pərəstişkarları arasında illərdir davam edən Ross və Reyçel münasibətləri ilə bağlı polemikalara münasibət bildirib.