
Tayvanın müxalifət liderinin Çinə sirli səfəri - Trampın mövqeyinin təsiri varmı?
Tayvanın aparıcı müxalifət təşkilatı sayılan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun Çin Xalq Respublikasına gedib.
Tayvanın aparıcı müxalifət təşkilatı sayılan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun Çin Xalq Respublikasına gedib.
Gundem.today xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Altı günlük səfər proqramı çərçivəsində onun Pekin şəhərində Çin sədri Si Cinpinlə də bir araya gələcəyi ehtimal olunur.
O, Si Cinp tərəfindən göndərilən dəvəti böyük məmnuniyyətlə qarşıladığını və bu gedişin Çin ilə Tayvan arasında "sülh körpüsü" rolunu oynayacağına inandığını vurğulayıb. Qeyd edək ki, Çenq Li-vun son 10 il ərzində Çinə gedən ilk fəaliyyətdə olan KMT sədridir.
Siyasi mütəxəssislərin qənaətinə görə, bu səfərin arxa fonunda ABŞ-nin yürütdüyü siyasət dayanır. Ekspertlər bildirirlər ki, Ağ Ev lideri Donald Trampın Tayvan məsələsi ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar və bölgədə artan gərginlik Pekinlə Tayvan müxalifəti arasındakı dialoqu daha da intensivləşdirib.
Xatırladaq ki, Donald Tramp daha öncə Tayvanın Çin təhlükəsindən müdafiə olunması müqabilində Vaşinqtona vəsait ödəməli olduğunu söyləmişdi. ABŞ Tayvanla rəsmi diplomatik münasibətlər qurmasa da, uzun müddətdir ki, adanı əsas silah-sursatla təmin edən tərəf kimi çıxış edir.
Maraqlıdır ki, Si Cinpinin Çenq Li-vunu Çin paytaxtına dəvət etməsi Trampın yaxın gələcəkdə Pekinə gerçəkləşdirilməsi nəzərdə tutulan səfərindən cəmi bir neçə həftə öncəyə təsadüf edir.
Tayvanda iqtidarda olan Demokratik Tərəqqipərvər Partiyası isə bu prosesi sərt şəkildə qınayaraq, Li-vunun Pekin qarşısında itaətkar mövqe sərgilədiyini və səfərin Çin Kommunist Partiyasının diktəsi altında keçəcəyini bəyan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib
Yer kürəsinin əhalisinin sayı planetin dayanıqlığı üçün məqbul səviyyəni keçib.
DünyaNetanyahu İsrailin İrandakı dəmir yollarına və körpülərə hücumlarını təsdiqlədi
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin İranda körpülərə və dəmir yollarına zərbələr endirdiyini təsdiqləyib.
DünyaVens: "Vaşinqton Kiyevin ABŞ və Macarıstandakı seçkilərə müdaxilə cəhdlərindən xəbərdardır"
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
DünyaƏrdoğan İsrailin İstanbuldakı konsulluğuna hücumdan danışdı: "Xain təxribat cəhdidir" - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İstanbulda yerləşən Baş Konsulluğuna qarşı həyata keçirilən hücumu sərt şəkildə qınayaraq, baş verənləri çirkin təxribat adlandırıb.