Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ÖDƏMƏLİDİR? - FOTO - VİDEO
Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ÖDƏMƏLİDİR? - FOTO - VİDEO
Cəmiyyət

Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ÖDƏMƏLİDİR? - FOTO - VİDEO

31 mart 2026
16:38
2 baxış
Paylaş:

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar yol təsərrüfatına ciddi ziyan vurub.

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar yol təsərrüfatına ciddi ziyan vurub.

Gundem.today xəbər verir ki, leysan xarakterli yağıntılardan sonra bir sıra avtomobil yollarında asfalt örtüyü dağılıb, dərin çalalar əmələ gəlib. Xüsusilə hərəkətin intensiv olduğu magistral yollarda bu vəziyyət sürücülər üçün ciddi problemlər yaradıb və maddi zərərlərə səbəb olub.

Belə hallardan biri ötən gün Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol örtüyünün yararsız vəziyyətə düşməsi nəticəsində yaranan dərin çuxurlar Bakı istiqamətində hərəkət edən 15-dən çox nəqliyyat vasitəsinin zədələnməsinə və yolda qalmasına səbəb olub.

Bundan əlavə, Bakının Badamdar qəsəbəsində yağan güclü yağışlar nəticəsində hasarın aşması yaxınlıqda park edilmiş avtomobillərə ciddi ziyan vurub.

Mövcud vəziyyət sürücüləri düşündürən əsas sualı yenidən gündəmə gətirir: Belə hallarda dəymiş maddi ziyanı kim ödəməlidir?

Məsələ ilə bağlı Gundem.today-a açıqlamasında yol hərəkəti təhlükəsizliyi sahəsində tanınmış ekspert Əziz Talıbov bildirib ki, əgər yağan yağış zamanı hasarın bir hissəsi avtomobilin üzərinə düşüb və nəqliyyat vasitəsi zərər görübsə və əgər avtomobilin kasko sığortası varsa, zərəri kasko şirkəti ödəməlidir.

"Əgər kasko sığorta yoxdursa, təbii ki, sürücü özü ziyanı qarşılamalıdır. Burada məsələnin ikinci tərəfi də var. Kasko sığortası edən şirkət müştərisinə dəyən ziyanı ödədikdən sonra, məhkəmə qaydasında həmin hasarı quraşdıran, əraziyə cavabdeh olan və təhlükəsizliyi təmin etmək öhdəliyi daşıyan dövlət orqanını və ya qurumu məhkəməyə verə bilər. Əgər hadisənin baş verməsində onların səhlənkarlığı və ya işin lazımi səviyyədə təşkil olunmaması sübuta yetirilərsə, ödənilən məbləğ həmin qurumdan geri tələb oluna bilər.

Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən hadisəyə gəlincə isə bu, daha mürəkkəb məsələdir. Bu halda sürücülərə dəymiş ziyanın yol üçün cavabdeh olan qurumdan alınması mümkündür. Lakin bu, yalnız məhkəmə qaydasında sübuta yetirilməlidir. Sübut olunmalıdır ki, həqiqətən də yol örtüyü keyfiyyətsiz olub, yağış zamanı çuxurlar əmələ gəlib, sürücülərə vaxtında xəbərdarlıq edilməyib, ərazidə işıqlandırma olmayıb və s. Bu kimi hallarda əsas səbəb kimi yolun keyfiyyətsizliyi göstərilə bilər və nəticədə məsul qurum sürücülərə dəymiş ziyanı ödəməyə məcbur edilə bilər", - deyə Ə.Talıbov bildirib.

Sığorta eksperti Şahin İsmayılov da Gundem.today-a açıqlamasında bildirib ki, hasarın avtomobillərin üstünə aşması halında əgər zərər görən avtomobillərin kasko sığortası varsa, ödənişi sığorta şirkəti edəcək.

"Əgər yaşayış kompleksi MTK-dırsa, və məsuliyyət sığortası varsa, yenə sığorta ödənişi ediləcək. Yox, əgər məsuliyyət sığortası yoxdursa, adi təbii fəlakət kimi qiymətləndiriləcək və avtomobil sahibləri öz zərərlərini qarşılayacaqlar. O ki qaldı yol örtüyünün yarasız vəziyyətdə olması səbəbindən sürücülərə dəyən ziyan həmin yola xidmət və nəzarət etməli olan quruma qarşı sürücülər iddia qaldıra bilərlər və məhkəmə qaydasında dəymiş ziyan ödənilə bilər. Amma bu halda dəymiş zərər yerində rəsmiləşdirilməli və məhkəmədə sübuta yetirilməlidir. Yəni sürücülərə belə hallarla qarşılaşdıqda hadisə yerini sənədləşdirmək, foto və video çəkiliş aparmaq və müvafiq qurumlara müraciət etmək tövsiyə olunur", - deyə ekspert qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏCəmiyyət

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

8 may 2026
18:561
Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOCəmiyyət

Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.

8 may 2026
18:520
Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTOCəmiyyət

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

8 may 2026
18:440
Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİCəmiyyət

Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.

8 may 2026
18:324