
"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər
"Telegram" dünya miqyasında qeyri-rəsmi proqramlar vasitəsilə platformaya daxil olan istifadəçi hesablarını xüsusi şəkildə işarələməyə qərar verib.
"Telegram" dünya miqyasında qeyri-rəsmi proqramlar vasitəsilə platformaya daxil olan istifadəçi hesablarını xüsusi şəkildə işarələməyə qərar verib.
Gundem.today-ın verdiyi xəbərə əsasən, bu yenilik barədə "RİA Novosti" agentliyinə "Mobile Research Group"un baş analitiki və rusiyalı mütəxəssis Eldar Murtazin məlumat verib.
"Telegram" kənar proqramlar və qeyri-rəsmi müştəri tətbiqləri ilə işləyən hesabları xüsusi olaraq fərqləndirir. Artıq bu yeni funksiyadan qlobal səviyyədə bütün istifadəçilər yararlana bilərlər", - deyə o qeyd edib.
Nəticədə həmin şəxslərin profillərində bu cür hesablarla əlaqə qurmağın riskli ola biləcəyinə dair xəbərdarlıq mətni görünür. Analitik bildirib ki, bu yeniliyin əsas məqsədi "Telegram" istifadəçilərinin kimin hansı proqramla daxil olduğunu görməsini təmin etmək və ətrafındakı insanları yalnız rəsmi tətbiqlərdən yararlanmağa həvəsləndirməkdir.
Murtazin əlavə edib ki, populyar messencer bununla yanaşı öz şəbəkəsinə nəzarət etməyə imkan verən əlavə alət də istifadəyə verib:
"Bu addım istifadəçiləri rəsmi "Telegram" mühitində tutmağın daha loyal və təsirli bir üsuludur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İranı bir gecəyə məhv etməklə hədələdi
"İran bir gecə ərzində tamamilə məhv edilə bilər".
DünyaTramp: "İranlılar qabiliyyətli döyüşçülərdir"
"İranlılar qabiliyyətli döyüşçülərdir, çox dözümlü insanlardır".
DünyaAmerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb
Amerikalı aktrisa, "Beverly Hills 90210" serialı ilə tanınmış Tori Spellinq Kaliforniya ştatının Temekula şəhərində ağır yol-nəqliyyat qəzası keçirib.
DünyaErmənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var
Ermənistan İqtisadiyyat Nazirliyinin mühafizə əməkdaşı bilmədən atəş açıb.